MSN Mırtları Türkçə
Ana Səhifə

Əziyyətlərin övladı Əmrah və Əmraha və onun ailəsinə sarsıdıcı zərbələr endirməkdəm daim həzz alan Nuri kişi. Köhnə filmlərə baxanlar bilərlər bunu. Böyütmək üçün şəkilin üzərinə tıqqıldadın.
Davamına Bax »

Çoxdandı baş qarış, maraqlı şəkilləri yerləşdirə bilmirəm. Bir ikisi əlimə keçdi dedim qoy biraz tutaq :)

Özünə qəsd etməyin iki yolu

el_pez_by_allanced.jpg Davamına Bax »

Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.

Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik :) Davamına Bax »

Schengen şəhərində bağlanmış müqavilə və sonradan bu müqavilənin bütün İttifaqına aid edilməsindən sonra ölkələr arasında sərhəd problemi qalmır. Bu yaxınlarda bizə yad olmayan Polşa, Latviya, Litva, Çexiya kimi ölkələr də bu zonaya daxil oldular. Yəni ölkədən ölkəyə keçərkən heç bir yoxlanışdan keçmək lazım deyil. Başa düşməyənlər, bu şəkilə bir fikir versinlər. Almaniya və Avstriya sərhəddi. Orda da yazılıb ki, Almaniyaya Xoş Gəlifsiz :D ELə bil Nizami Rayonunnan Nərimanova keçirsən :)

-nin sosialisti Muro və kommunist istehsalı maşını Hacı Murat :)

muro 011
Davamına Bax »

Türk liseyində oxuyanlar yəqin ki, coğrafiya müəllimi Murat Əraslanı (Murat Eraslan) tanıyarlar.  Tarixdəki emaillərə baxanda, bir emailə rast gəldim. Murat Müəllim li olsa da ı çox sevirdi. yə təyinatı çıxdıqdan sonra, yaman darıxır. Bu yay özüm Gənclik metrosunun yanında gördüm, dən uşaqları gətirmişdi gəzməyə. Amma Murad Müəllim dözə bilməyib, hisslərini şerə töküb. Dedim yerləşdirim bura.

CANIM AZERBAYCANIM

Senden ayrıldığım günden beri senle doluyum
Sen orda odlar yurdu ben burda Anadoluyum
Senin taşına toprağına kurban oluyum
Ah benim canım, can Azerbaycanım

Gözümde belirdi perde perde
Ağdaş,Guba,Şeki Berde
Kekik kokan Kafkasların nerde
Ah benim canım, can Azerbaycanım Davamına Bax »

Yadımdadı 9cu sinifdə, dərsində, sinif yoldaşlarımızdan biri dərs danışırdı. Sonra müəllim belə bir sual verdi ki, 8ci maddədə nə deyilir. Bizim bu uşaq da, eləmə tənbəllik, çaşıb dedi, 8ci maddəyə görə Respublikasının prezidenti Heydər Əliyevdi :D Sinif yoldaşımız bir bal aşağı qiymət aldı, amma müəllim tələbə buna doyunca güldük, hələ də yadımıza düşəndə gülürük.

Bugün Azadlıq radiosuna qulaq asanda bu hadisə yadıma düşdü. Bugün Müdaifə Naziri Səfər Əbiyev, Ordusu adınnan İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Ola bilər, İlham Əliyev ən optimal variantdır amma ki ordumuzun siyasətə qarışması heç də xoş hal deyil. Torpaqlarında düşmən gəzən , gedib torpaqlarını almaq əvəzinə siyasiləşməyə başlayıb. Yenə mənə müxalifətçi deyəcəklər, amma mən yenə də öz bildiyimi demək istəyirəm.

Vallah ayıbdı. Hər şeyə göz yummaq olar amma da buna da yox. Bizim ölkəmizin daimi olması üçün, daim ölkəmizi saxlayacaq qüvvələrimiz olmalıdı. Ordumuzun siyasətə qarışması bizim dövlətçilik tariximizə ağır bir zərbədir. Ordunun siyasətə qarışdığı heç bir ölkədə qan kəsilməyib. Ən yaxşı nümünə də belə, zamanı edilmiş çevrilişlər ölkəyə bədbaxtçılıqdan başqa bir şey gətirməyib. Dövlət, başçısınnan asılı olmayaraq, bir sistem halında işləmilidir. Ola bilsin Səfər Əbiyev öz postunu qarantiyalamaq üçün bu cür bəyanət verib amma bilməyinizi istəyirəm ki, belə olan halda dövlətçiliyi təhlükə altındadır. Gələcək illərdə bizi qan gözləyir.

Unutmayaq ki 8ci maddəsində ın başçısının Prezident olduğunu bildirən Konstitusiyamızın ən birinci maddəsində isə deyilir ki, hakimiyyətin mənbəyi xalqdır. Xaricdə “Stop Armenian Agression” qışqırmaqdansa, ölkə daxilində dövlət rəmzlərimizin pozulmasına icazə verməməliyik. Seçkilərdə mən də İlham Əliyevdən optimal namizəd görmürəm amma hər şey qanun çərçivəsində olarsa ın dövlətçilik ənənəsi güclənmiş olar. Qoy Ordumuz yanlız bir insana yox, bayrağımıza xidmət eləsin.

Azərbaycan Ordusu

Ekslüziv Şəkil üçün Maxsuda təşəkkürlər. Ancaq Azərbaycanda seriyasını Ancaq Naxçıvandaya da dəyişmək olar. AL YE DAA! dondurmaları. Amma bunu Al Ye Da Be yazsa idilər də pis olmazdı :D

naxcivan2.jpg

Bu günlərdə kimsə Rəsul Quliyevin emailini internetə buraxıb. İndi bilmirəm özü yazıb, ya sonradan elebələ yazıb internetə buraxıblar. Fakt odur ki, informasiya qıtlığında yaşayırıq və kimin doğru kimin yanlış olduğunu deyə bilmirik. Amma məktubu oxuyanda gülməkdən öldüm. Hələ bu yazılara Rəsul Quliyevin bu sözləri ləhçəsi ilə dediyini əlavə eləsək, həddinnən artıq çıxar. Amma yenə də deyirəm, oxuyanlar oxuyub, oxumayanlar da indi oxusunlar, Rəsul dayı çox düzgün deyir və hamını necə lazımdı sındırıb. Azərbaycanda müxalifət deyilən şey olmayıb və olmayacaq. Ən əsas səbəb də odur ki, Azərbaycanda hamı güclünün yanındadır. Bugün özlərinə Müxalifət lideri adını götürmüş insanlar isə, içi boş bir kukladan başqa bir şey deyillər.  Ömürlük müxalifətdə qalmağa razılıq verib, camaatı döydürməyə aparan “liderlərdən bir şey gözləməyin” və ümumiyətlə Azərbaycanda hakimiyyət dəyişə biləcəyinə inanmayın. Bu qeyri mümkündür. Azərbaycanda stabilliyin pozulmasına heç kim icazə verməz. Bundan əlavə ın demokratikləşməsini Amerika belə istəmir. Çünki Demokratikləşən zaman bir adamın (prezidentin) maraqları yox min adamın maraqları tələb olunacaq. Buna da iri neft şirkətləri, terror təşkilatları, xarici dövlətlərin ölkədəki gizli servisləri də daxildir.

Məktubu istəsəniz oxuyun.

“Nəinki iki gün, heç vaxt partiyanın, ya mənim ruporuma çevrilməməlisiniz, xüsusi ilə partiyanın. Sadəcə olaraq bir də xəbərdarlıq edirəm, Pənah, Arif və bu qəbildən olanlar boş bir şey olduqları üçün onlar sizin qəzetdə görünməməlidirlər, ələ salmaqdan başqa. İsa Qəmbər və ona bənzərlərə yer ayırmaq lazımdır ki, özləri-özlərini ifşa etsinlər. Həsənqulu, ağamalıoğluları (çox güman ki, Qüdrət Həsənquliyevi və Fəzail Ağamalını nəzərdə tutur - E.S.) da danışdırıb ikiüzlülüklərini özlərinə açdırmaq olar. Fazilin ambisiyasından, Rüstəmxanlının şöhrətpərəstliyindən və sair, bu işləri siz qəzetçilər yaxşı bilməlisiniz, istifadə etmək lazımdır. Kimin isə ruporuna açıq-aşkar, həyasızlıqla qoşulsanız həm ruporunuz olduğu adam, həm də qəzet ziyan çəkəcək”.

Davamına Bax »