Haqqımda
Ana Səhifə » Haqqımda

DSC00220 DSC01417

Deməli mən Nurlan Qurbanov, 1987 ci ildə NMR-da anadan olmuşam (Mənə yekəxana deyənin :D ).Şəkli görüb tanıyanlara da bildirim ki, bəli 2000-2005ci illər arası Bakı Özəl Türk Liseyində təhsil alan, özünə qəribə növ həyat tərzi seçmiş üç beş ağıllıdan biri də mənəm.2005ci ildən bu yana Amerikanı Birləşdirən Ştatlarında, ali təhsil alıram və qorxuram ki bu gedişatnan alıb qurtara bilməyim. İqtisaddiyyat və Beynəlxaq Əlaqələr bölməsində oxusam da, bu Bill Gatesin başımıza açmış olduğu bəladan canımı qurtara bilmirəm, kompüter texnologiyalarına çox böyük marağım var.

Uzun müddətdir internetdə avaralıq eləyirəm, birdən ağlıma gəldi ki, mən bir şəxsi blog açım özümə maraqlı gələn şeyləri yazım. Azərbaycanlıyıq, siyasəti və danışmağı sevirik, dedim bəzi mövzulara öz fikirlərimi bildirim. Elə o andan etibarən dedim mən də bu blog dalğasına qoşuluram.

Blog yazmaqda əsas məqsəd öz nağıllarını danışmaq yox, digər blogçular ilə fikir mübadiləsi aparmaqdır. Əgər sizin də bir şəxsi blogunuz varsa, bloglar arası əlaqə yaratmağa şad olardım. Gediş gəliş olmayan yerdə inkişaf da olmaz :D

Bloglar arası top atmada, mənə yönəlmiş sualları və cavabları da burdan baxa bilərsiniz.

Bənzər blog yaratmaq istəyən və çətinlik çəkənlər varsa mənimlə əlaqə yarada bilərlər, əlimnən gələn lazimi köməyi edə bilərəm.

Mənimlə əlaqə,

Email: ngurbanov@gmail.com; ngurbanov@mail.ru;

MSN: patriot_87@msn.com

Facebookda adım: Nurlan Gurbanov. Burdan profilimə daxil ola bilərsiniz.

Maraq üçün əxlaq norması çərçivəsində bir iki şəkil də qoyum

Bu Wisconsin ştatındakı Azərbaycan mafiası, yolunuz bu tərəflərə düşsə yəni Çikago, Minneapolis, Milvoki, Madison biz buralardayıq hələki bir xəbər eləyin hazırdı. Soldakı mənəm :D

Bayrağı həyəcandan tərs tutmuşam. Amma ki erməni türkü döydü.

Bu bizim evin dalıdı, darıxanda və havalar isti olanda gedib yellənirik

Burda isə oxuyan uşaqlar mütaliə edirlər :D

Bu isə hər bir Azərbaycanlının dönüb dolaşıb gələcəyi yerdir. Üstdəki mən, altdakı isə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndi sakini Abdulla kişinin eşşəyi.

Şərhlər

2 Şərh Var
  1. SoNa
    21 May, 2008

    Bu qeşşeng oglan biz tereflere ne vaxt buyuracaq goresen? ;)

    Şərh Yazın
  2. Gurbanov
    22 May, 2008

    neyi geshengdi bunun?:)
    az qaldi gelirem :)

    Şərh Yazın

Şərh Yazın

Şəklinizi əlavə edin
Gravatara qoşulun Emailinizdən və avatorunuzdan həmişə istifadə edin