Milli Bloglar - Əyləncə Saytlarına Ölüm - Ya
Ana Səhifə » Linklər, İnternet » Milli Bloglar - Əyləncə Saytlarına Ölüm - Yaşasın Azad Fikir :)
Yazar Gurbanov | 26 Şərh VarŞərh Yaz
Son Yenilənmə: Bazar, 24 Fevral, 2008 . 575 dəfə baxılıb

032704_blogger.jpgYa mən əvvəllər pessimist idim ya da ki,bu blog dalğası yeni yeni başlayır.

Azərbaycanda gələcək illərdə bir blog rüzgarının olacağı qənaətindəyəm. Uzun müddət Azərbaycandakı bloglarnan maraqlanmamışam, amma indi maraqlanıram görürəm ki, həqiqətən də blogun nə anlama gəldiyini bilən yeni və uzun müddətdir bu barədə işini görən blogçularımız da var imiş.

Ağlımda olan, yazılarını yaxın izlədiyim bir neçə blog haqqında sizə məlumat verəcəyəm.  Əgər siz bura təsadüfən əyləncə axtarışında olaraq gəlmisinizsə oxumağınızı heç məsləhət görməzdim. Çünki haqqında danışacağım blogların sizin düşüncə tərziniz ilə heç bir əlaqəsi olmuya bilər :) Başlayaq

Reytinqinin əyləncə saytlarımızdan qat qat az olmasına baxmayaraq, oxuduğum sətirlərində bir dənə belə yanlış tapa bilmədiyim Vüsal. Vüsal çox istedadlı şərhçidir. Mənim kimi başdan sovdu eləmir, günlərnən fikirləşdikdən sonra bir qərara gəlib yazısını yazır. Heç bir qrammatik və leksik qüsura yol vermədən fikirlərini çox gözəl ifadə edir. Bu tendensiyanı davam eləsə, Vüsalın bir neçə il sonra Azərbaycanda tanınmış siyasi şərhçi olacağına şübhəm heç yoxdur.  Əlbətdə ki, blogun Vüsalın inkişafında xüsusi rolu olacaq.

Oxçu qardaşımızın blogu da ibrətamiz bir blogdur. Həm texniki həm də insani mədəniyyətə aid hər bir şeyin təhlinin çox gözəl təhlil edir Oxçu qardaş. Heç sevmədyim sistem olan DLE-dən istifadə etməsinə baxmayaraq, Oxçu əsil kompüter dahisidir. Mənim də biraz başım çıxır. Blogunun sadə, gözəl və funksionallığına baxan kimi hiss elədim onu. Nə sualınız olsa gedin yanına adımı verin həll edər işinizi :) AzNetdə olan və olmayan yeniliklərdən xəbərdar olmaq istəsəniz Oxçuya qonaq gedin. 

Başqa bir yüksək texniki göstəricilərə malik blogçu Fərhaddır ki, Fərhad barədə söz demək mənə düşmür. Fərhad AzəriBlog sistemini qurmaqla Azərbaycan internet və internet istifadəçilərinə böyük bir şərait yaradıb. Hər şey belə başlayır. İndi Fərhad Azəriblog sistemini qurmasaydı, bugün Vüsal kimi bir dahinin olduğunu şəxsən mən bilmiyəcəkdim :) Camaat ərinir öz saytını Azərbaycan dilinə tərcümə etməyə, amma Fərhad əziyyəti gözə alıb bu sistemi qurub. Açığını deyim mənim də birvaxtlar elə bir arzum olsa da çətinliyi görə dərhal R-ya atıb getdim işimnən gücümnən məşğul olmağa. Dostum Dalaverdi məni gözləyirdi :)

Digər bir tərəfdən Aygün xanımın blogu. Blog əsasən PR və Marketing haqqındadır. Nə qədər də sevməsəm, və mövcudluğuna inanmadığım bir sahə olsa da, Aygün xanım blogunda elə həvəsnən yazır ki adamın oxumağı gəlir :) Aygün xanımın bloguna bənzər  Marketinq Defteri,  Marketinq Post,  Marketoblog kimi biznes bloglar da var.

Ən hörmətli bloglardan biri də, Azərbaycanlı blogudur. Özünün də qeyd etdiyi kimi onu əsl Azərbaycan blogudu. İnternetdəki maraqlı məlumatları, linkləri, şəkilləri videoları burdan tapa bilərsiniz. Milli qızlarla maraqlananlar da bura baxa bilərlər. Qardaş, anonimliyini saxlasa da mövzulara çox gözəl şərhlər verir.

Şübhəsiz bloglar arasında ən intensiv işləyən isə, hərdən gecələrini yatmayıb bloga yazı yazıb bizə təqdim, köhnə Birinci Blogun davamı Blogranın rəisi Elvindir. Elvin də bu blog işinə çox həvəslidir. Məndən fərqli olaraq, mırt şəkillər yox, mənalı informativ yazılar yerləşdirir. Yazılarınnan hiss olunur ki, Elvin informasiya və yeniliyə çox can atan insandır.

Bunlardan əlavə bugün daha bir gənc blogger ilə tanış oldum. Bu Dalğa gənclər təşkilatının fəalı, ən səlahətli şəxsi, ”KPZ”-lərə tez tez düşüb, özünün və təşkilatının haqqlı olduğunu sübut edib bölmədən rüşvətsiz alnı açıq çıxan, özü gənc olsa da fikirləri kifayət qədər yetişmiş  Araz Önərin blogudur. Araz isə nisbətən ictmaiətçidir. Yəni bizim kimi şəxsləri, hadisələri yox fikirləri mübahisə eləməyi xoşlayır :)

Həmçinin Politoloq İlqar Məmmədovun da blogu uzun müddətdir fəaliyətdədir. İlqar müəllim 2006ci ilin Avqust ayından yazır. Azərbaycandakı orta yaşlı nəsildə nisbətən az rastlansa da, İlqar müəllim kifayət qədər texnologiya ilə yaxından tanışlığı olan adamdır. Hətta əksər gənclərimizdən daha məlumatlıdır.  Ən əsası isə fikirlərində həmişə obyektivdir. Xarici jurnalistlərin, media orqanlarının Azərbaycanda gedən siyasətnən bağlı müraciət elədikləri ilk adam yəqin ki İlqar Müəllimdir. Əgər cüzi də olsa siyasətnən maraqlananlarımız varsa, İlqar Müəllimin blogunu oxumasanız geriyə qalarsınız.

İlqar Müəllimin dostları Vüqar SeyidovFuad müəllimin blogları isə nisbətən çətin elmi dildə yazılmış bloglardır. Mən onları oxuyub analiz etmək istəyəndə boğuluram. Amma intellektinə güvənən varsa bu blogları da ziyarət edə bilərlər.

Öz anonimliklərini qoruyan Yeni Molla Nəsrəddin Tinsöhbəti blogları da fəaliyyətlərini uzun müddətdir davam etdirirlər. Tinsöhbəti Azərbaycanın ilk bloglarındandır, hətta səhv eləmirəmsə elə ilk blogudur. 2005ci ildə fəaliyətdədir. Blogun gücü özünü Tinsöhbətində hiss elətdirdi. Oqədər təsirli oldu ki bu blog, Azərbaycanda Tinsöhbətinə qadağa qoyuldu. Burda bir blogun insana nə qədər şərait yarada biləcəyi görünür. Fikirlərinin düz və yaxud səhv olması barədə bir şey demirəm, amma nə cür təsirli olduğu göz qabağındadır.A

Bir vaxtlar xod gedən Vətən Naminə və Gündəliyim blogları da hərəsi bir tərəfə dağılışdı :) raz 

Yadımnan çıxan bloglar varsa üzr istəyirəm, şərhlərlə əvə ya trackbacklərlə əlavə edə bilərsiniz. Amma ki, bu ümidverici bir səhnədir. Blogların yayılması Azad fikrin inkişafına elə bir dəstək verəcək ki, gəl görəsən :)

Bütün blogçulara uğurlar, blogu olmayanlar da utanmasınlar, müraciət etsinlər kralını təşkil edərik :)

 Önər

Əlaqədar Yazılar

Şərhlər

26 Şərh Var
  1. oXchu
    24 Fevral, 2008

    vurğuladığın fikirlərlə mən də razıyam Nurlan qardaş. belə görünürki “Blog”çuluq mədəniyyəti bizdə də inkişafa meyilli sahədir. Sadalanan blogları ( sondakı siyasilərdən savayı ) məndə daimi izləməyə çalışıram. Hətta azerbaycan.li blogunuda əlavə edərdim. hərçənd hər gün yenilənmir ancaq Aznetcə danışsaq “exclusive məlumatları” və maraqlı fikirləri çoxdur. daimi yeniləsə daha yaxşı olardı.

    Bizim blog haqqında da xoş sözlər üçün təşəkkür edirəm. DLE ilə bağlı isə onu deyimki əslində yaxşı CMS sistemdir onu gözdən salanlar utansın =). Bunu qurmaqla eyni zamanda onuda vurğulamaq istədik ki, bu “portal” və ya “əyləncə saytı” üçün olan bir sistem deyil. Bu çox sadə dildə olan Content Management System`dir. Və bununla istənilən content dərci üçün istifadə eləmək olar =). Bizdə dedik blog üçün də istifadə edib bəlkə DLE nin imicini düzəldək =)

    Şərh Yazın
  2. Elvin
    24 Fevral, 2008

    Maraqli sohbetdi Nurlan qaqa eziyet cekmisen, halal olsun, bir gun bizde hami deyesen blogcu olacaq, :)

    Şərh Yazın
  3. Gurbanov
    25 Fevral, 2008

    Hamı blogçu olsaydı zor olardı. Heç kim onun bunun sözünü danışmazdı. Birgün hamı blogçu olacaq. Bunu sitat kimi əlavə edəcəm öz adıma. :)

    Şərh Yazın
  4. Gurbanov
    25 Fevral, 2008

    Oxçu,
    yaxşı yadıma saldın. Azərbaycanlını da indi əlavə edim. Mən də test üçün DLE qurub baxmışam. Görünüş etibarilə daha yaxşıdır. Bir iki eybi var, biri bəzi hallarda Azərbaycan şriftlərini dəstəkləmir, pluginləri azdır. Wordpressə gündə bir plugin çıxır. Bir də ki, yazmaq problemi, mən online editordan yaza bilmirəm, əsəblərim çatmır, onun üçün Live Writerde yazıram, onu da DLE dəstəkləmir.
    Amma ən əsasını sən vurğuladın, DLEnin imicini pozublar :)

    Şərh Yazın
  5. canur87
    25 Fevral, 2008

    nissan murano.

    Şərh Yazın
  6. Gurbanov
    25 Fevral, 2008

    Kimdisə Bloggerdi :D

    Şərh Yazın
  7. az-ya
    25 Fevral, 2008

    24 Fevral, 2008.
    Yazı dünən yazılıb.
    Çox maraqlıdı, amma məncə tam Azərbaycanlı bloqlar sistemini əhatə etmir. Ad çəkib reklam eləməyəcəm =)
    Bir az da araşdırmağınız məsləhətdi. Xüsusilə həmin Blogger və Türkiyə bloq sistemlərindən yazan çoxsaylı bloqçularımız var.
    Mən də cəmi iki ildi aktiv şəkildə məşğulam bloqla.
    Amma açığı, sizin kimi bloqçuları görəndən sonra həvəsim daha da artır.
    Çünki bloqyazma mədəniyyətini Türkiyənin internet saytlarından götürmüşəm =)

    Bircə, hər şeyin zayı çıxdığı kimi, bunun da zayı çıxmasın (örnək üçün bax: Facebook, Hi5, yonja.com və s.).

    Nədənsə, hamı Vördpressə yazmaq istəmir :)
    Halbuki hər şey ordan başlayır..

    Nəysə.
    Sağlıq olsun..
    Salamlar!

    P.S. O sağ küncdəki eşşəyə sahibinə qədər gedən link yükləmənizi xahiş edəcəm, yoxsa haqqımı halal etmərəm =)

    Şərh Yazın
  8. Gurbanov
    25 Fevral, 2008

    Dedim axı mən bu aləmdə yeniyəm, keçin bir dəfəlik günahımnan.
    Eşşəyi nə qədər elədim getmədi. Amma sözün düzü eşşəyə klikləyəndə sahibinə getməsi yaxşı görünmür axı :)

    Vörpres yazı mədəniyyətidir :)

    Şərh Yazın
  9. az-ya
    25 Fevral, 2008

    Əyləncə saytlarına qarşı bloqyazma mədəniyyəti =)
    Lap http://www.tribundergi.com ağlıma gəldi..
    Əşşi, səninlə bir eşşəyin söhbətini eləyəsi deyiləm ki..
    Sattım getdi, dırnağı bərk olsun, noxtası möhkəm olsun =)

    Şərh Yazın
  10. Gurbanov
    25 Fevral, 2008

    haha) yaxşı əlaqələndirmədi :D
    Bu əyləncə saytlarınnan baş açmıram da, 12 13 yaşında uşaqlar ya da böyük olsa da 12 13 yaşlı uşaq ağlında adamların yazdığı tapdığı maraqsız yersiz materiallardır. bilmirəm niyə oqədər adam girir ora. Nisbətən baku.vvs yaxşıdı biraz.

    Öz aramızda eşşək yaraşdı ha:)

    Şərh Yazın
  11. az-ya
    25 Fevral, 2008

    Əyləncə saytalarına belə maraq bizim ümumi orta səviyyəli Azərbaycan gəncliyinin təfəkküründən irəli gəlir. Az qalıb oların da ömrünə..

    Vallah, mən mühafizəkar insanam, Explorerin köhnə versiyasından başqa heç nə istifadə edə bilmirəm. Nə FireFox, nə Opera, nə Maxthon.. Hətta yeni versiya yükləməmək üçün `03 xp işlədirəm =) Ona görə də, mənim brouserimdə eşşək yaraşmır, çünki tərtibat pozğunluğu var.. Bütün sağ küncdəki elementlər aşağı düşür.. Hərhalda səndə Mozilladı deyə, heç nəyi dəyişmirsən. Dəyişmək məsləhətdi, ən azından mənim kimi ultrakonservativ isnanlar üçün =)

    Şərh Yazın
  12. Vüsal Məmmədov
    25 Fevral, 2008

    Salam, qardaşlar!!!

    Ay səni, Nurlan. Elə xəcalət vermisən ki, yazmağa da utanıram.))) Bu boyda da tərif olar?

    Nə deyim? Sadəcə xoşbəxtəm ki, SİZLƏR varsınız və mənim yazdıqlarımı oxuyursunuz. Yaxşı ki Sən gəlib bloqumu tapmışdın.

    Özümü elə də böyük istedad saymıram, sadəcə peşəkar jurnalist və analitikəm, təcrübə öz sözünü deyir, vəssəlam. Mediada 10 illik təcrübəm var, amma SİZİN KİMİ oxucularım heç zaman olmamışdı. Azərbaycan mediası bərbad gündədir. Bəlkə, Sən demiş, blog sisteminə keçid yeni üfüqlər açsın. Amma təəssüf, mənalı, oxumağa dəyən bloqlar hələ ki azdır və mən də eləsi rastıma çıxanda, mütləq keçid yerləşdirməyə çalışıram.

    Təşəkürlər. Sağ olun ki, varsınız!

    Şərh Yazın
  13. Marketoblog
    25 Fevral, 2008

    Salam Nurlan…

    Sen de geldin çıxdın Azerbaycanlı bloggelerin içine… Xoş gelmisen…
    Bu yazı da blogumun adının hallanmasından özümden çox ele balaca blogum şad oldu. Allah seni sevindirsin…;)

    Senle razıyam bizde blog füryası yayılacaq. Sebeb ise hamının danışmağı (oxu: yazmağı) sevmesi ve adının hallamasını istemesi. 1-2 il evvelecen Azerbaycan internet mekanında sıfır idi. Artıq edebiyyat portalımız bele var…

    Ne başınızı ağrıdım. Dediyim odu ki. Bu iş hele çox qabağa gedecek.
    Sene de uğurlar, hergah Wisconsini dırop elemisen. Yoxsa drop..;)

    Men de adaşımla (Vüsal Memmedov) Aygünün bloglarını, bir de Marketing Defteri’ni ferqlendirmek istiyirem…

    P.S. Eylence saytlarıyla işiniz olmasın. Milletimiz çetin günler keçirir. Ona göre de derdleri unutmaq üçün eylenmek lazımdı… Tragikomediya buna deyiller herhalda…

    Şərh Yazın
  14. oXchu
    26 Fevral, 2008

    @az-ya
    fikrimcə ad çəksən reklam olmaz. əgər çəkilən adın reklam olduğu düşünülsə idi heç yuxarıdakı bloglarında adı çəkilməzdi. əgər maraqlı resursla bizi tanış edəcəksə məmnuniyyətlə oxuyardıq. ( belə əmin-əmin yazdım. :) fikrimcə Nurlan qardaşımız etiraz etməz. )

    Şərh Yazın
  15. Gurbanov
    26 Fevral, 2008

    Yaradıcı insandır, amma mən ətrafli məlumatı olmadığı üçün yer vermədim, amma bu blog yazılarını silsilə silsilə etməyi düşünürım.
    az-ya qardaşımızın blogu http://alternativa.blogsome.com/

    PS: Bu sağdakı eşşəyi də mənə o hədiyyə eləyib :)

    Şərh Yazın
  16. oXchu
    26 Fevral, 2008

    hə şərhdəki keçiddən məndə ziyarət etdim blogunu. creativ işləri ürəyimcə oldu. xüsusəndə rənf uyğunluğunu yaxşı tutur. Uzunqulaq olan şəkildədə həmçinin rənglər xoşuma gəldi =).

    Şərh Yazın
  17. birisi
    26 Fevral, 2008

    ilk blogun adi cekilmeyibdir azerbaycanda ilk blog http://www.pur.gen.az idi

    Şərh Yazın
  18. Gurbanov
    26 Fevral, 2008

    Bunu bilirəm amma lap əvvəllər fəaliyətdə idi. İndi işləmir axı

    Şərh Yazın
  19. az-ya
    26 Fevral, 2008

    Yanlış anlaşılma olmasın: alternativ`a mənim şəxsi bloqum deyil.
    Ümmumi bir kollektivi əhatə edir.
    Və daha çox bloq yox, vebzin şəklindədir.
    Alternativ media yaratmaq cəhdlərimiz və yeraltı ədəbiyyatı üzə çıxarmaq üçün atılan hücumlardan biridir.. =)
    Salamlar, sayğılar.

    Şərh Yazın
  20. Emin
    27 Fevral, 2008

    Burdaki bloglar haqqinda melumat ucunde tesekkurler.

    Emin
    http://www.azclub.org

    Şərh Yazın
  21. TinBala
    29 Fevral, 2008

    Salam qədeşlər. Necəsüz? Maşallah, Qurbanov qərdeşimiz siyahını doldurub. Bu qədər blogun olduğunu bilmirdim, sözün düzü. Amma çox sevinirəm ki, AzNetdə bu cür maraqlı və savadlı blogcularımız peyda olub. Bu arada bu işlə çoxdan bəri məşğul olduğumdan, aydınlıq gətirmək istərdim.
    Azərbaycanda ilk blog sistemli sayt pur.gen.az saytı olub. Daha sonraki aqibətindən yəqin ki, xəbəriniz var. Sonra mən Tin Söhbəti saytını yaratdım, ilk öncə Türkiyənin ən məşhur blog saytı olan blogcu.com saytı ilə başlayan Tin Söhbəti daha sonra geniş vüsət almağa başladı. Azərbaycan internet məkanında demək olar ki, sabit ilk siyasi-satirik elektron jurnalıdır. Artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərir. 3 il ərzində 6 dəfə Azərbaycan sərhədləri daxilində yasaqlanan sayt, hal-hazırda da Azərbaycanda açılmır. Amma baxmaq istəyənlər buradan proxy saytı ilə girsinlər. İnşallah bu yaxında yenidən Azərbaycanda fəaliyyətini bərpa edəcəyəm.
    Əfsuslar olsun ki, hələ də bizim netdə blog mədəniyyəti istənilən səviyyədə deyil. Amma yenə də sizin bu cür birlik içində olmağınız məni sevindirdi. Yaxşı olardı ki, blogları olan qardaşlar, bir-birlərinin bloglarını ziyarət edib, şərhlərlə fəallıq nümayiş etdirsinlər. Və ən əsası Azərbaycanlı internet istifadıçisinə blogun nə olduğunu, nə işə yaradığını təbliğ etsinlər. Blogun gücünün dünyada, eləcə də mənim blogumun timsalında nələrə qadir olduğunu anlatsınlar. Bir antiəyləncəçi (əyləncə saytlarını deyirəm :) ) olaraq bunu arzulayardım. Sonda onu deyim ki, Wordpress sistemini çox əla olmasa da, lazımı qədər bilirəm. Kimin nə problemi olsa buyurub əlaqə saxlaya bilər, əlimdən gələni əsirgəmərəm. Uğurlar hər birinizə! (Yazım uzun oldu, acımışdım, keçin günahımdan! :) )

    Şərh Yazın
  22. Gurbanov
    1 Mart, 2008

    Tinbala xoş gəlmisən. :D
    Yer çoxdu istədiyin qədər yaz getsin.
    Biz də elə sənin dediyin şeylərdən söhbət açmışdıq.

    Görünür təvazükarlıq da aran yoxdu. Wordpressi yaxşı bildiyinə heç kimin şübhəsi yoxdu, kim olsa göndərəcəm sənin üstünə :)

    Pur.gen.az adlı saytın olduğunu bilirdim,amma blog olub olmadığını bilmirəm. Mən ovaxt 8 9da oxuyurdum, kompüterə internet deyən vaxtlarım idi :D

    Şərh Yazın
  23. Rasul
    2 Mart, 2008

    “komputer e internet deyen vaxtim” hehehehe cirildim ale gulmeyden,doqurdan aa ))))))))

    Şərh Yazın
  24. oXchu
    6 May, 2008

    Təbriklər Gurbanov qardaş. blogu yeniləyib 2.0`ın bütün gözəlliklərindən bacardıqca istifadə etmisən və çox yaxşı alınıbdı. bəyənilsin.

    Blogun yeniləndiyi ilə əlaqəli bir yazı görmədiyimdən fikri bloglarla əlqəli mövzuda yazdım=)

    Şərh Yazın
  25. Nurlan
    6 May, 2008

    Oxçu vallah, elə temanı yazdım test üçün, xoşuma gəldi, dedim qoy qalsın. Heç fikirləşmədim bunu qeyd də eləmək lazımdı :)
    Amma təbrikin üçün çox sağol :)

    Şərh Yazın
  26. Rashad
    6 May, 2008

    Salam! Görürəm maşALLAH xeyli bloqçu yığılıb. Mən özüm də bloqçuyam və elektron sərgi formatında ilk (məndən daha əvvəl bildiyim qədər belə mövzuda bloq olmayıb) bloqun yaradıcısıyam. http://chingizart.azeriblog.com

    Onu da əlavə edim ki, Azərbaycanda bloqçular üçün yeni imkan açıldı. BarKamp adli yerli və beynəlxalq tədbirlərdə iştirak etməklə təcrübə mübadiləsində iştirak etmək, peşəkarlaşmaq və s. Ətraflı http://www.barcamp.az saytında. Əlavə məlumat üçün rashad_m@barcamp.az ünvanına yaza bilərsiniz.

    Şərh Yazın

Şərh Yazın

Şəklinizi əlavə edin
Gravatara qoşulun Emailinizdən və avatorunuzdan həmişə istifadə edin