Bu kadrları çəkən Çingiz Mustafayev sağ qalsaydı, bugünkü Azərbaycanlıların bu cür soyuqqanlılığının şahidi olub fikir şəhidi olardı.
Deyirəm Azərbaycanda hər şey qəribədir. Ayın 25nə qədər hərşey qaydasındadı. 25i gecə hər kəs yatmağa hazırlaşarkən, deyir sabah faciə günüdü. 1 gün davam edəcək, sonra yenə işə gücə davam.
Bu gedişatın bir sonun olduğuna inanmayın. İldə bir gün Xocalını yad eləməklə düzələn iş deyil. İnternetdə ən çox ziyarət edilən Azərbaycan saytı Day.az ilboyu Röyanın, Bagiranın lüt şəkillərini qoyur (heç olmasa adama oxşaylara dərd yarı), nəbilim Ədalət Şükürovun Kubada istirahətini göstərir amma Xocalıya aid bir dənə normal fotosessiya hazırlaya bilmir. 100 illərdir eşitdiyimiz sözləri yığıb yenidən bir məqalə hazırlayıb qoyublar ora. Əgər yaxşı hazırlanmış yazı oxumaq istəsəniz Azadlıq radiosunun oxuduğu məqaləni oxuyun.
Bizim millət həddindən artıq unutqan milətdir. Hamımız bilirik Xocalı faciəsi zamanı Azərbaycanlılara verilən işkəncələri. Qadınları, qocaları, uşaqları hamsına bir bir işkəncə verə verə öldürüblər. İndi necə olur ki, biz ermənilərnən bir stola oturmağa hazırlaşırıq?
Mənə həmişə gülməli gələn bizimkilərin erməni görən zaman yuxarıdan getməsidir. Nəbilim biz büdcəmiz ermənilərin büdcəsinin 100 qatıdı, nəbilim bizdə adambaşına bu qədər S class Mersedes düşür amma ermənilərdə bu yoxdur…
Adama deyərlər, ay yazıq nə danışırsan sən, küçə dilində desək nə "yaxırsan"? Ermənilərin sənə elədikləri göz qabağındadır. Gəldilər, öldürə bildiklərin öldürdülər, əsir ala bildiklərini əsir aldılar, torpağın 20%ni işğal etdilər, 15 ildi əllərində saxlayırlar və daha nələr. İndi bizim burda gen bol danışmağımızın heç bir mənası yoxdur.
Lap bizim hərbi büdcə erməni hərbi büdcəsinin 100 qatı olsun. Onsuz müharibə olan deyil. Müharibə olsa belə, heç cür qalib gələ bilmərik. Çünki bizim orduda komandir əsgəri döyüb valideynin verdiyi 5 10 manat pulu əlinnən alır. Bizdə bəzi əsgərləri komandir döyür, bəziləri isə BMW X5 ilə hərbi hissənin içinə girib əl əylənci ilə minbir hoqqadan çıxırlar. Ən əsası aşağı sinniflərdən başlayaraq gənclərə vətən sevgisi aşılamaq əvəzinə kiməsə pərəstiş aşılayıblar.
İndi özünüzü qoyun onların yerinə. Sizin heçkiminiz yoxdur, gəlmisiniz oturmusunuz ordudad, sabah müharibə başladı. Sən cəbhədə, bəziləri də İsveçredə. Döyüş başladı, və cavan bir dostun düşmən gülləsinə qurban getdi. Onnan sonra mən adam axtarıram, döyüşməyə həvəsi olsun. Kimiləri vətən üçün can qoyur, kimiləri isə can qoyulmuş vətəndə gəlib başda oturur. Hələ oturmağı azmış kimi, xalqa da işkəncə verir. Bunları heçkim deyə bilmir, amma bu belədir. Belə şəraitdə müharibə başlasa mütləq uduzarıq.
Söhbətdən qaçmayaq,unutqanlığa qayıdaq. Biz bir konkret qərara gəlməliyik. Biz həqiqətən də Xocalı soyqırımını özümüz soyqırım kimi tanıyırıq ya yox? "Stop Armenian Terrorism" köynəkləri geyinməklə, bir iki dənə hazır şablon üstündə maraqsız internet saytları açmaqla, bir iki xarici universitetde və yaxud parlamentdə tutuquşu kimi bir mətni əzbərləyib gözü yumulu danışmaqla Xocalı işi alınmaz.
Bizdə TV kanallar, radiolar ovaxta aid olan bütün materialları gizlədirlər. O illərə aid xəbərləri verilişləri minimuma endiriblər. Bunu kim edir mən bilmirəm. Nəyə görəsə hamıya qırıldaqlarını, işkəncəyə məruz qaldıqlarını unutdurmaq istəyirlər. Amma unutmuyan nəsil yadda qalan birşey etməlidir. Kimdə nə qədər material varsa onları yığıb internetdəki mənbələrə dağıtmaq lazımdır. Hər hansı bir şəxs üçün yox, ümumi Azərbaycan üçün çalışmaq lazımdır.
Mən heç bir siyasi qüvvənin tərəfini tutmuram. Mənim tək istəyim odur ki, Azərbaycan millətinin bir millət kimi mövcudluğu davam eləsin. Bu cür savadsızlıq bir iki il davam eləsə Azərbaycanlıları bir millət kimi görmək çətin olar.
Əvvəlcədən deyirəm, sən müxalifətçisən ağzına gələni yazırsan tipli şərh yazmayın. O cür düşünürsünüzsə sizin yeriniz bura deyil, yazıb özünüzə yersiz göstərməyin.


Tofiy




26 Fevral, 2008
Day.az’a demek lazımdı bunu yayınlasın e…
Bir dene de mitinq İstanbulda oldu. Çıxıb danışdılar, danışdıqlrını da ancaq özleri eşitdiler… Bunun kime xeyri var. Dövletden grant qopardan QHTlere?…
İstanbulda oxuyan 700 telebeden (belke de daha çox) 20-25 orda idi, ya da deyildi… Hele İstanbulda bu veya diger şekilde yaşayan hemvetenlerimizi temirem. Hemveten deyenin dili tutular e. Onlara aid edilen sözün içinde veten sözünün yeri yoxdu…
Yene de sağ olsunlar. Ülkücüler bizi biabırçılıqdan xilas elediler mitinqe gelib…
26 Fevral, 2008
Mən icazə verməzdim mənim yazım day.az da çıxsın. Belə bloglarda yazılmış şərhləri, day.azdakı təmtəraqlı məqalələrdən qərərsiz və üstün tuturam
Burda da çoxdu sən deyənlərdən. Qrup açırlar birbirləri ilə ingiliscə danışırlar, adi facebookda birbirlərinə ingilis dilində yazırlar. Əşi bizim millət adam olan deyil
26 Fevral, 2008
Gənclərimiz maariflənmək əvəzinə boş boş yaltaq fikirlərnən böyüyür. Vaxtınız olsa bunu oxuyun. Görün nə yersiz, mənasız yazıdır. Dünən yumurtadan çıxanların danışdığı yekə boğaza baxın.
26 Fevral, 2008
Xocalıdakı bəlamız birlik olmamaqdan irəli gəlirdi.
Bu gün həmin şey iqtidar-muxalifət söhbətilə özünü göstərir.
Dayan görüm..
Hansı muxalifət? Azərbaycanda HEÇ muxalifət yoxdu..
26 Fevral, 2008
ne ede bilerik? hechne,Azerbaycan indi-indi bunu faktiki subut ede bilir dunya olkelerine.Ilde 5-6 defe agliyiriq besdide. 20 yanvar,Xocali,Torpaqlain alinma gunu filan.
26 Fevral, 2008
hacked by Fanfan
http://www.roadsafety.am/news/
27 Fevral, 2008
Fanfan, ingiliscə yazmamısansa,
elə bil ki, heç nə yazmamısan ora..
27 Fevral, 2008
Az-ya, sadece ushaqlar hisslerini etiraf etmek isteyirdi, hec kime nese subut elemek fikrimiz yox idi.
Hemdeki, az ermeni gormusen, zor bilirler bizim dilde.
27 Fevral, 2008
skopix, bir günə 1000-dən çox anti-türk saytı hack edir.
Bizdə kifayət qədər güclü “security professional”lar olduğu halda, biliklərini boş şeylərə xərcləyir.
27 Fevral, 2008
Nurlan sen heç de bizim milletden adam olmaz deme. Düzelecek hamısı. Milletin qaymaqlarının formalaşması önemlidi. Onların ölkesini ve milletini düşünmesi, populizmden qaçıb işle meşğul olması. Day.az’ı filan da boş ver. Eylence saytlarını da. Onların adını hallandırdıqca könüllü PRçısı olursan.
Hemişe her milletin içinde saf da olur çürükde. Esas onları saf-çürük eliyende düzgün seçmekdi.
Düşünen oğullar öz işlerini yerine yetirsinler qalanı asandı;)
Farfaba da skopixe de Bacıoğluya da halal olsun. Onlar da öz işlerini yerine yetirirler…
27 Fevral, 2008
Ölkenin qaymaqları yağlı tikeler, para babaları deyil a, beyinlerdi. Onlar artıqca millet de düzelecek hamısı da…
27 Fevral, 2008
az-ya guldurme! sadece gulmelidi yazdigin, her terefden!
28 Fevral, 2008
Bir əməlli sayt tapa bilmədiniz hackləməyə?

Elə saytları hackləyin ki, Ermənistana ziyanı dəysin. Bu sayta Azərbaycanlı hackerlerdən başqa heçkim girmir məncə
28 Fevral, 2008
ermenilerin belee bir blogu yoxduda onu xak edek, ermenistana bundan zerer gelseydi……
28 Fevral, 2008
Keçən dəfə Ay Yıldız Team alman saytlarını hacklədi, nəticədə Almaniyaya 300-500 min dollar arası ziyan dəydi. Elə bir şey eləmək ıazımdı
28 Fevral, 2008
Oz qehremanlarinizdan xeberiniz yoxdu! butun armnet azeri xakerlerinin elindedi, Ocaq webseclab eshitmisiz? bu lovgaliq, ozunu gostermek filan deyil….yegin ona gorede xeberiniz yoxdu.
Onlar ozlerine sixisdirmilarki etdiklerini reklam etsin, cixib tvde desinki box.az-in mudafiyesi google.com-un mudafiesi seviyyesindedi, yada buna oxshar qatiqliq…
Qeribediki bu blogun muellifi Almaniyani ermenistanla muqayise ede bilir, her hansisa bir sahede, gulmelidi.
Siz ozunuzu kim sayirsiz ki, kimese yol gostermeyi boynuvuza goturursuz? buda gulmelidi.
Hormetle.
28 Fevral, 2008
Mən özümü kim sayıram?
Mən özümü Vətəni üçün çox şey edən,
ama bunu car çəkməyi özünə ar bilən adam.
Yaxşı bəs sən özünü kim sayırsan Fanfan?
Hansısa müdafiəsi zəif, FTP-lərdə boşluğu olan, Nurlanın da dediyi kimi, Azərbaycanlı hackerlərdən başqa heç kimin girmədiyi saytı hack eləyən qəhraman?
Onda müharibədə ayağını, qolunu itirənlər neyləsin?
Bir az özündənrazılığı kənara qoyaq. Bu təkəbürrlükdü axı?
Azərbaycanda dediyim kimi kifayət qədər bacarıqlı hackerlər var. Elə həmin Ay-Yıldız Team`də işləyən bizim uşaqlar var nə qədər.
Sənə gülməli görünə bilər, ama skorpix haqda oxumaq istəyirsənsə Google-a yaz yetərli olar.
O Bacığolu haqda da heç danışmayaq məncə.
Domeni adı alıb, ora şəkil yerləşdirməklə, “Ayə görün mən neyləmişəm!” demək biabırçılıqdı..
Odur ki, Fanfan, gör gülməli görsənən kimdi.
Salamlar, sayğılar.
28 Fevral, 2008
az-ya chox duz sheyler belkemde yazmisan, amma
1ci fikir verdinse saytda hec menimde adim yazilmamishdi..hec kimin adi yox idi (bu car chekmeye aid)
2ci kimse car chekmek isteseydi butun sindirdiqlari sayti yazardi….azxak-in saytindaki kimi
3cu ilk postumun menasi onda idiki, o sozleri yazan insanlar kimisi elede az deyil, ureyinde yarasi olan az deyil, bu gun deyib sabah yaddan cixardan az deyil……MOVZUNUN 1ci cumlesine aid.
4cu Bacioglu ?? onun domeni aldigini ele biz ilk defe dedik.
5ci Aydi, Yildizdi, ne zibildi….ozumuzkiler var, onlari niye tanimirsan?
6ci men ozum haqqinda hec 1 soz demedim, dedim?
7ci gulmelideee odurki….qatiq satan chekmechiye ish oyredir.
Neyse, men Azerbaycanda yashamiram, qiraqdan biraz bashqa gorukur yeginki, super professionallarimiz var, amma professionalliq medeniyyetimiz yoxdur, hemcinin bu blogada aiddir, butun aznete. Guman ediremki duzelecek.
Xaish edirem sehv basha dushmeyin.
Hormetle.
29 Fevral, 2008
FanFan müəllifin müaqisə etməyinin söhbətə nə dəxli. Deyirəm əziyyət çəkirsinizsə bir samballı sayt dağıdın əziyyətiniz hədər getməsin.
Bunnan əlavə AyYıldız Teamdə Azərbaycanlılar da var.
29 Fevral, 2008
Ay qardash, postun bura yazmagimin menasi kiminse sayti dagirtdigini gostermek deyildi. Evvelki posta fikir ver (3cu)
Ayyildizda azeriler var?? Moskvada ermenilernen qol qola gezen azerilerde var.
“Azeribaycanlilar”-i boyuk yazmagnan hecne duzelmir.
29 Fevral, 2008
Fanfan, məni tanımadığın halda qatıqsatana bənzədə bilməzsən.
Qoy sən dediyin kimi olsun. Sən əla hakcersən.
Bir də ki, sözlərinə diqqət et.
Zibil dediyin Hack-Team, 567 erməni saytı hacklayıb.
Erməniylə Türkiyəlini də bir səviyyəyə qoyma.
Salamlar.
29 Fevral, 2008
Sohbet azerilerden gedir, bashqasinin seviyyesini fikirleshmeyek.
Kinayesiz, teecublendim bu statistikaya, azeri xakerlerinin elinde olan ermeni serverlerinin sayi bundan bir qeder az olar…her serverdede tesevvur et ne geder sayt….
parlament.am, president.am ocaq ve poligon team terefinden 5,6 defe dalbadal sindirilanda xeberiniz oldu? eh neyse, men sohbeti xakerlikden bashlamadim, ozumde xaker deyilem, niye bu haqqda spor eledik !?
3 Mart, 2008
Yazinda beyendiyim *en gozel noqteler:*
1)…Azərbaycan millətinin bir millət kimi *mövcudluğu davam eləsin*. Bu cür *savadsızlıq* bir iki il davam eləsə Azərbaycanlıları bir millət kimi görmək çətin olar….
2)…həmişə gülməli gələn bizimkilərin erməni görən zaman yuxarıdan getməsidir…Ermənilərin sənə elədikləri göz qabağındadır. Gəldilər, öldürə bildiklərin öldürdülər, əsir ala bildiklərini əsir aldılar, torpağın 20%ni işğal etdilər, 15 ildi əllərində saxlayırlar və daha nələr. İndi bizim burda gen bol danışmağımızın heç bir mənası yoxdur…
20 May, 2008
Bu sayta ilkdəfədir girirəm.Səviyyəli sayta oxşayır.Amma bizdə birlik olnmadığının bir daha şahidi oldum.Ayyıldızda ,AzHacda Azərbaycanlılara ,Türklərə xidmət edir.Burda kimisə pisləməkdənsə Step_By_Step in yazdığı kitabları oxuyun.
P.S mən demək istəmirəm ki ən gücle Step_By_Stepdir.Mən onun kitablarını oxumaqla nəsə öyrənməyə çalışıram .hətda öyrənirəmdə.
Hamımız Azərbaycanlıyıq.Gəlin hamımız bu yolda bir gedək.Məncə bir olsaq bizim qarşımızı heç kim kəsə bilməz