Mərkəzləşdirilmiş Xəbər Sistemi: Xəbərnam
Ana Səhifə » Fikir, Linklər, Məlumat, Vətən, İnternet » Mərkəzləşdirilmiş Xəbər Sistemi: Xəbərnamə.com
Yazar Gurbanov | 24 Şərh VarŞərh Yaz
Son Yenilənmə: Bazar Ertəsi, 10 Mart, 2008 . 540 dəfə baxılıb

xebername.jpg

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.

Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq :D

Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə Azərbaycan dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın Azərbaycan internetində tamamilə Azərbaycan dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.

Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən Azərbaycan milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş :D ) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.

Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm Azərbaycan dilinə olan sevgim və belə bir sistemin Azərbaycan dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi :D Biraz məlumat verim bu barədə.

Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.

Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir. :)

Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.

Deməli sistem belədir.

1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.

2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.

Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.

Vətənə Millətə Xeyrili Uğurlu Olsun!

xebername.jpg

Əlaqədar Yazılar

Şərhlər

24 Şərh Var
  1. Marketoblog
    10 Mart, 2008

    Nurlan dönüb olmusan Azerbaycan internet mekanının beledçisi (spravoçnik, guide:)). Ne yenilik var qoyursan bloga… Ela. Azerbaycan yavaş yavaş internet mekanına daxil olur. Bu arada sen California’dasan?

    Şərh Yazın
  2. Peri
    10 Mart, 2008

    Təbriklər…Uğurlar…

    Şərh Yazın
  3. Gurbanov
    10 Mart, 2008

    Vüsal sözünün canı nədi? :D Ələk xəlbir daşıyanam arada? :D

    Mən möhtəşəmliyinə və faydalarına inandığım yenilikləri yazıram :D

    Şərh Yazın
  4. Marketoblog
    10 Mart, 2008

    Sözümün canı odu ki halaldı sene. Neçe gündü girmisen Azerbaycan blog alemine hara baxıram Nurlanı görürem. Öz blogumda da:) Sen davam ele bele. İndi 15-20 blogumuz varsa da, birazdan artacaq. O zaman yene seni her yerde göreciyik… Sene uğurlar qardaşım… Amma California meselesine cavab vermedin:)

    Şərh Yazın
  5. Gurbanov
    10 Mart, 2008

    Bağışla yadımnan çıxdı, dərsləri çatdırmaq üçün amphetamin atmışam, indi vaxtı keçib gic kimiyəm, gərək yatım.

    California demə mənə əsəbləşirəm. Bakıda qar yoxdu deyənə gəldim şimala, indi donuram :D Wisconsindəyəm.

    Sənin xətrinə özüm haqqımda bir məlumat yazacam :)

    PSI : mən blog aləmində yeni deyiləm, əvvəllər fəaliyyətim var idi amma biraz ananonim şəkildə :D

    Şərh Yazın
  6. Vüsal Məmmədov
    10 Mart, 2008

    Əla!
    2-3 gün əvvəl Nurlanla bu haqda danışırdıq. Necə deyərlər, “ürəyimiz düz imiş…”
    Xeyirli olsun.

    ***

    Nurlan, bu tərəflərə hərlənib-eləyirsənmi?
    Deyirəm, bəlkə bu dəfə Bakıya gələndə bir görüşək?

    Şərh Yazın
  7. Aygun Islamzade
    11 Mart, 2008

    Nurlan, bize bele deyer verdiyin uchun teshekkur edirem. Dogrudan bloqqinqin yayilmasinda senin de evezsiz xidmetin var ha.. Gunde neche yeni yazi qoyursan, adamin da hevesi gelir. Bu arada 14 saat ders nece oxuyursan??

    Şərh Yazın
  8. Gurbanov
    11 Mart, 2008

    Aygün təşəkkür edirəm.
    14 saat dərs oxumağın bir dənə sirri var, 5 dənə redbul üstünnən də bir dənə aderall(amfetamin) beynin açılır olur futbol sahəsi. 2 ay ərzində oxumadığın materialı bir gecəyə öyrənirsən :) amma təsiri keçəndə elə düşürsən ki, 12 saat yatmasan özünə gələ bilmirsən :D

    Şərh Yazın
  9. Gurbanov
    11 Mart, 2008

    Vüsal, mən keçəcəm o tərəflərə, sənnən görüşmək planlarım arasında ən başda gəlir :D

    Şərh Yazın
  10. Rasul
    11 Mart, 2008

    hahahaah Nurlan ne reddbull ala ))) men dersden elave 8 saat oxuyuram,onun sebebi chay-dir ))) gunde 20 paket chay istifade edirem,her 1 saatdan bir bloguva girirem,arada msn de mirtdashiriq ve 9 ayi bele yola verirem,gelirem 3 ayida bir yerde Bakida chayxanalarda kecirdirik ….. dediyim odurki dede baba qaydasi ile,redd bull zad bosh sheydir ))) hehehe

    Şərh Yazın
  11. Rasul
    11 Mart, 2008

    by the way RedBull ))

    Şərh Yazın
  12. Gurbanov
    11 Mart, 2008

    Qırmızı öküz

    Şərh Yazın
  13. Rasul
    11 Mart, 2008

    bizim chaylara vermek olar o adi ))) okuz yox ejdaha

    Şərh Yazın
  14. Aygün İslamzadə
    11 Mart, 2008

    Ela reseptlerdir!
    Istifade edecem. Yoxsa butun gunu yuxulayiram son vaxtlar.

    Şərh Yazın
  15. Rasul
    11 Mart, 2008

    dersden dese aslidirda ,indi Jazz oxuyuram .. 20 litr redbull da icsem yuxum gelir. Birdeki Nurlan menim yazdiqim post niye 0-dan bashladir? )))) cox onemli bir insanam qorursende )))))

    Şərh Yazın
  16. az-ya
    11 Mart, 2008

    Ad seçimi və tərtibatı yaxşı alınmayıb =(

    Şərh Yazın
  17. Marketoblog
    11 Mart, 2008

    Nurlan Wisconsin’de olduğunu bilirdim e deyesen:) Blogumda da var:)
    Sen blog aleminde yox Azerbaycan blog mekanında yenisen ele bil dedim:))

    Bu arada resepti teferruatıynan maile göndersen pis olmaz:) Xebername ise hele ki yaxşı işlemir… Yazı qoya bilmedim ora… Linki qoyuram deyir bu yazı artıq blogdadı… Amma neredeeee?…

    Şərh Yazın
  18. Nurlan
    11 Mart, 2008

    Vüsal işləyir, sadəcə sənin o yazını artıq test üçün yerləşdiriblər. O resepti səni pozar. 48 saat erizdende 4 saat yatmışam, 20 saat dərs oxumuşam :D

    Şərh Yazın
  19. Rasul
    12 Mart, 2008

    bes qalan 24 saati neynemisen??? ay seni ))))))))

    Şərh Yazın
  20. Xəbərin ADI | Blogran
    12 Mart, 2008

    [...] Xəbərname haqqında yazılar gördüm. Bir-ikisini deyəcəm. Nurlan öz blogunda ətraflı yazı yazıbdi bu haqda, Oxchu-da o yazıya sitat gətirib. Yazını ətraflı oxudum. Ancaq kiçik bir [...]

    Şərh Yazın
  21. Marketoblog
    12 Mart, 2008

    Vüsal işləyir, sadəcə sənin o yazını artıq test üçün yerləşdiriblər. - bu ne anlama gelir Nurlan?

    BUrda saat 3dü amma men yatmamalıyam… Yox eee pozsa da, o reseptden lazımdı mene:)

    Şərh Yazın
  22. Gurbanov
    12 Mart, 2008

    Vüsal deyirəm, səni yerləşdirmək istədiyin yazını artıq ora yerləşdiriblər.

    Həqiqətən istəirsənsə (aderall) adlı dərmanı almasın amma içində amfetamin olduğundan legal satışına icazə verilmir. narkotik maddə sayılır.

    Yanlız həkimdən resepti olan ada bilər, onun üçün həkimi razı salmalısan ki, səndə concentrtion problem var. Həkim inansa resept yazacaq, hazırlayıb sənə verəcəklər. O da olmasa qara bazara girişmək lazımdı, dənəsi 5-10$ satılır. :D

    2 imtahanımı verdim biri qalıb amma ona vaxt var hazırlaşmağa :D

    Şərh Yazın
  23. gahramanov
    12 Mart, 2008

    Xebername-de tam anlamadim, ixtiyari sayt xeber yerleshdire biler, yoxsa yalniz bloqcular?

    P.S. RedBull’u dehsetli ehtiyac olmadan qebul etmek yaxshi sey deyil. Ozu de gundelik normasi 250 ml-dir, sen ise 1,25 l qebul edirsense, axiri pis qurtara biler.

    Şərh Yazın
  24. Gurbanov
    12 Mart, 2008

    Salam Qəhrəmanov,
    Xəbərnamədə fərq yoxdur. hər kəs, bütün saytlar iştirak edə bilər

    Şərh Yazın

Şərh Yazın

Şəklinizi əlavə edin
Gravatara qoşulun Emailinizdən və avatorunuzdan həmişə istifadə edin