Top Məndə
Yazar Gurbanov | 29 Şərh VarŞərh Yaz
Son Yenilənmə: Çərşənbə, 7 May, 2008 . 452 dəfə baxılıb

Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.

Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik :)

1. Adın və Soyadın
Adım Nurlan Gurbanov. Məncə blogun hər bir küncündə bu ada rast gəlmək olar.
2. Təvəllüdün
8 Oktyabr 1987. Bürcüm də heç xoşum gəlməsə də tərəzi.
3. Nə ilə məşğulsan (sənət, peşə..)?
Bakı Özəl Türk Liseyini bitirmişəm. 2005ci ildə ABŞ Viskonsin Universitetində (University of Wisconsin-Madison) iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə təhsil alıram.
4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?
Madison, Wisconsin. Yaşamaq istədiyim yerlərin başında Bakı gəlir amma alternativ variant kimi, İsveçrə, Avstriya kimi ölkələr də pis olmazdı.
5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?
Dünyada hər kəs ölür, amma hər kəs yaşaya bilmir. Bəlkə tərcümədə biraz yanlış çıxır. Cəsur Ürək filminnəndi bu cümlə həmişə də yadımdadır (Every man dies, but not every man really lives)
6. Sənin üçün blog nədir?
Blogun müxtəlif rolları var. Amma mənim üçün blogun konkret bir funksiyası yoxdur. Mənim üçün blog, maraqll nə görden at getsin, dost tanış görsün.
7. Bloq həyatında nə qədər və necə bir yer tutur?
Həyatımda müəyyən bir yerə malikdir amma blogdan daha vacib şeylər də var. Ən azından blog yazmaq üçün nəsə öyrənməlisən ki, yazasan. Onun üçün yazmasam narahat olmaram.

8. Nəyə görə blog yazırsan?

Öz fikirlərimi başqaları ilə bölüşmək, onlardan gələn reaksiyanı görmək üçün. Güclü bir məqsədim yoxdur.
9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?
Belə şansım olsa Azərbaycan xalqında olan başqasının haqqını yemək, özünnən başqasına hörmətsizlik etməsini tələb edən xasiyətini götürərdim.
10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?
Mən axtarakən əsas ona fikir verərəm ki, sözün əsl mənasında həyat yoldaşım olsun. Bir zəif obrazdan daha çox, güc ala biləcəyim bir şəxs olsun.
11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?
Bu kompüteri çıxarmaq istərdim, çox vaxt alır :)
12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?
Sözün düzü ya mən hələ də yeniyetməyəm ya da ki düzgün peşə seçmişəm. Bir şeyi dəyişməzdim.
13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?
Məncə var, adam bir gün o dünyaya getməyə hazırlaşanda keçmişinə fəxrnən baxmalıdı. Çünki gedəndə hamı 2 metr kəfənnən gedir. Uşaqlara qoyub getməknən də deyil, birgün qiyamət də olacaq. Heç nə qalan deyil.
14. Master Yoda kimdir? Ona münasibətiniz :)
Özünə görə bir ağsaqqaldı, konkret münasibətim yoxdu. Amma yaxşı müəllimdi, bütün müəllimlərə də hörmətim var.

Belə birtəhər tər tökə tökə cavab yazdım suallara. Mən topu Vüsaldan aldım digər Vüsala atmaq istəyirəm. Marketoblog buyur biraz da sən yaz görək :)

Əlaqədar Yazılar

Şərhlər

29 Şərh Var
  1. Vüsal A.G.
    8 May, 2008

    Bildim elə Nurlan farahat duran deyil. Futbolla olan keçmişimizi bizə xatırladıb topu mənə atacaq :)

    Sabah tezdən yuxudan normal dursam onda. Olmasa dərsdən sonra suallar cavablanacaq. Hətta yeniləri də əlavə olunacaq. Sıradakılar özünü qorusun :)

    EsmaNur xanım İstanbulda birbaş Azərbaycan blog aləminə bombanı saldı vallah :)

    Şərh Yazın
  2. Gurbanov
    8 May, 2008

    Vüsal, indi futbol komandamız oynaya bilmir deyənə biz də futboldan küsəsi deyilik ki. :D Buyur cavablandır,gələk oxuyaq :)

    Şərh Yazın
  3. Aygün isLamzadə
    8 May, 2008

    Nurlan, iki Vusalin arasinda qaldin sen.. Arzu tutmagi unutmadin ki??

    Şərh Yazın
  4. Aygün isLamzadə
    8 May, 2008

    Nurlan, iki Vusalin arasinda yazdin sen.. Arzu tutdunmu bari?
    Bu nedir, ne dublicati?
    Yaziram qebul etmir ki, dublikatdir..:((( aglayacam indi

    Şərh Yazın
  5. Gurbanov
    8 May, 2008

    Salam Aygün,
    Yəqin iki dəfə əlinizi dəyib onun üçün elə yazır.
    İki Vüsalın arasında arzu da tutmuşdum, İnşallah alınar :)

    Şərh Yazın
  6. Dizel
    8 May, 2008

    Nurlan bu top meselesi zordu, senden bir shey sorushum, mashin surenlere bu top dushmur? ;)

    Şərh Yazın
  7. Vüsal A.G.
    8 May, 2008

    Ürəyin rahat oldu mu kişi?? :)

    Şərh Yazın
  8. Vüsal Məmmədov
    8 May, 2008

    Salam Nurlan!

    Cavablara görə təşəkkür!

    Səni yenidən kəşf etdim.

    Şərh Yazın
  9. Rasul
    8 May, 2008

    Nurlan muellim, menimde size bir sualim olacaq. bu ele bir sualdirki hele yer kuresinde heckimden sorulmayib .. Sufte men sorushacam. demeli SUAL beledir.
    Siz ikinci defede dunyaya gelseydiz yene blogger olarduz? )))))) :D

    Şərh Yazın
  10. Pəri
    8 May, 2008

    Salam Nurlan.coxdandir nete girmirem.blogun yeni dizaynini cox beyendim.siz demisken Vetene Millete xeyirli olsun!:)

    Şərh Yazın
  11. Nurlan
    8 May, 2008

    Cox sagol Peri, yaxsi yadima saldin, o sozleri gerek yeniden biryere yazim:)

    Resul, dunyaya bir de gelsem bele lom olmazdim, vaxtinda facebook kimi bir sayt achardim:)

    Şərh Yazın
  12. Vüsal A.G.
    8 May, 2008

    Məzən olsun ay Nurlan. Sən lomsansa qadası, bəs LOMMMMlar nədi onda? :)

    Öz aramızdı yeni dizaynını mən çox da bəyənmədim. Amma əvvəlki deyəsən hazır variantıydı vvordpressdən filan. Amma bu nəsə özünəməxsusdu :)

    Yenə də vətənə millətə xeyirli olun ;)

    Şərh Yazın
  13. EsmaNur
    8 May, 2008

    facebook dedin yadıma düşdü.. birileri sadece azerbaycanlılar üçün bir facebook açsa keşke.mence süper olar,facebook-da hele de tapa bilmirem ibtidai sinifdeki yoldaşlarımı :)

    Şərh Yazın
  14. Nurlan
    8 May, 2008

    Acmaq olar amma bizde az adam oz dilimize ustunluk verir. Onun uchun batar o ish:)

    Şərh Yazın
  15. Vüsal A.G.
    9 May, 2008

    Oooo… Siz Azərbaycandn uzaqsız deyə xəbərlərdən də xəbərsizsiz :D. Artıq rusca iki dənə, ana dilimizdə bir dənə facebook var. dream.az bizim forumda yaman reklam da olundu :)

    Şərh Yazın
  16. Nurlan
    9 May, 2008

    Vüsal, bunlar hazır skriptlərdir e. Uğurlu olacağına inanmıram. Ən yaxşısı biraz pul töküb, facebookun klonun hazırlamaqdı.
    Rusca artıq var, Rusiyada ən çox girilən saytdı, http://vkontakte.ru
    beləsi lazımdı

    Şərh Yazın
  17. EsmaNur
    9 May, 2008

    Hımmm.. doğurdan da menim heçneden xeberim yoxdur :)

    dream.az-ı gördüm amma facebook`un yanından bele keçmir,qısacası menlik deyil :)

    Şərh Yazın
  18. Tofiy
    9 May, 2008

    Deyirem Sullara ureyinden keceni cavab verdin yoxsa Cammat ucun optimal cavablari yazdin ?

    Şərh Yazın
  19. Nurlan
    10 May, 2008

    Yox qaqam, bizde ele sheyler olmur. Neyik ele oyuq:)

    Şərh Yazın
  20. KENAN
    11 May, 2008

    Nurlan mellim, bu global OPEC problemini ne vaxt hell edeceksen ?????

    Şərh Yazın
  21. Gurbanov
    11 May, 2008

    Kenan, bir ayligina saytdan uzaqlasdirilirsiniz :)

    Şərh Yazın
  22. Tofiy
    11 May, 2008

    Eger sen bele Sozu duz oglansansa Onda sevgilin varsa onun adini yaz

    Şərh Yazın
  23. Nurlan
    11 May, 2008

    he var, adi da Elizabeth

    Şərh Yazın
  24. Tofiy
    11 May, 2008

    Heeee o elizabeth el arasinda Ona Black Magic Deyirlere eeee

    Şərh Yazın
  25. Tofiy
    12 May, 2008

    Top Helede sende di ?

    Şərh Yazın
  26. Peri
    14 May, 2008

    salam millet!

    http://www.votethenation.com/
    burdan Azerbaycana ses verin!!!

    Şərh Yazın
  27. Fanfan
    14 May, 2008

    Serialsıze, başdan ayağacan :D

    Şərh Yazın
  28. SoNa
    21 May, 2008

    Qurbetde olan Nurlan goresen en cox neyin hesretin cekir?

    Şərh Yazın
  29. Gurbanov
    22 May, 2008

    elbette ki chayxanalarin:)

    Şərh Yazın

Şərh Yazın

Şəklinizi əlavə edin
Gravatara qoşulun Emailinizdən və avatorunuzdan həmişə istifadə edin