Top Məndə
Ana Səhifə » Archive by category 'Fikir'

Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.

Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik :) Davamına Bax »

Vüsalın Soyıqırımın Yanlış Formulu adlı yazısına şərhimi bu yazı ilə bildirmək istədim.

Vüsal öz yazısında Azərbaycanlılara qarşı soyqırımların niyə beynəlxalq aləmdə tanınmadığınə incələyib. Vüsal bunu sadəcə bir 31 mart ı yox, məhz 20ci əsrdə Ermənilər tərəfindən Azərbaycanlılara qarşı həyata keçirlimiş soyqırımlar silsiləsini bir parçası hesab edir.

Sitat: 20-ci əsrdə Azərbaycanlıların ı PROSESİ OLUB. Bu, bir əsr boyunca uzanan düşünülmüş bir prosesdir. Bura daxildir:

1) 1905-ci ilin qanlı hadisələri,

2) 1918-ci il qırğını,

3) 1930-cu illərin repressiyası,

4) 1947-1953-ci illərin deportasiyası,

5) 1988-1990-ci illərin deportasiyası;

6) 1990-94-cü illərin Qarabağ savaşı;

7) Bu savaşın bir detalı kimi Xocalı qətliamı.

Vüsalın da dediyi kimi, hər ay yeni bir adı ilə, BMT-nin və bənzər təşkilatların üstünə getməyin heç bir mənası yoxdur. Bu yeddi fərqli tarixdə baş vermiş hadisələri bir başlıq altında birləşdirmək zamanıdır. Bizim media və siyasətçilərimizin verdiyi süni bəyanatlarlar ola biləcək bir şey deyil. Onun üçün məncə üç hissəli bir addım atmaq lazımdır.

Davamına Bax »

Tam olaraq kim olduğunu bilmirəm, amma danışığınnan çox xoşum gəldi. Nihat Gənc adlı bu şəxs çox düzgün danışır. Demokratiyaya marağı olanlar baxsın.

anasayfa_banner.jpg

Keçən həftə Mayamidə idim. Camaat dənizdə, klubda əylənərkən mən vaxti gələn kimi qaşdım Kurlar Vadisinin yeni seriyasına baxmağa. Amma seriyanın efirə buraxılmağına icazə verməmişdilər. Yəqin keçən seriyada çox “quş” buraxmışdılar. Atatürkü biz görəvləndirdik, gizli atom bombalarının yeri, xalqa yeni lider lazımdı zad söhbətlərinə görə.

Amma sözüm onda deyil, on birdədi :D Deyilənə görə, bu seriyalarda Məmati ilə Muro ölməlidir. İnternetdə gəzəndə gördüm, bu ikisinin ölməyinə çox etiraz var. Mən də şəxsən, bu ikisi olmamış Kurtlar Vadisinə baxmayanlar dərnəyinə üzvəm.

Maraqlıdı, sizin də fikrinizi bilmək istəyərdim, sizcə Məmati ilə Muro öləcəkmi? Əgər Məmati serialdan ayrılmaq istəyərsə məncə öləcək. Amma inanmıram ki, rejisor bu addımı atar, çünki Məmati, keçmiş Çakırdan da uğurlu bir roldur. Onsuz çox maraqsız olar. Bundan əlavə Muronun “taktik və strajesi”siz də Kurtlar Vadisinin marağı olmaz.

Amma ki, bəlkə də rejisor Poladın Ağsaqqallar tərəfindən seçilməsini nə cür dəhşətli bir şey olmasını, tamaşaçılara ən sevilən rol olan Məmatinin öldürülməsi ilə də göstərə də bilər. 3 gün qalıb, baxaq görək başımıza nə iş gələcək.

Növbəti, 31ci seriya Novruz bayramı şənliklərinə həsr olunub. Fragmanı yerləşdirirəm, fragmanda Məmatinin öldüyü tez tez desələr də, öldüyünü göstərmirlər. Ola bilər aldatmacadır. Bəlkə də, İsgəndər Məmatiyə öldü adı verib biryerdə gizlədər. Amma fragmanda aydın görünür ki, Bulut Yalçın Muronun “taktik ve strajesinə” yenik düşür :D

xebername.jpg

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.

Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq :D

Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın internetində tamamilə dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.

Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş :D ) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.

Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm dilinə olan sevgim və belə bir sistemin dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi :D Biraz məlumat verim bu barədə.

Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.

Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir. :)

Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.

Deməli sistem belədir.

1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.

2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.

Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.

Vətənə Millətə Xeyrili Uğurlu Olsun!

xebername.jpg

Deyir bir pulun, bir də imanın kimdə olduğu bilinməz. Buna bir də vətən sevgisini əlavə edək.

Təsadüfən enter.az saytında gördüm bir mövzu var, girdim gördüm hamı Nadir Qafarzadəni söyür. Mənim də xoşum gəlmir dedim açım baxım, mən də söyüm.

Amma gözlədiyimi əksinə Nadirə eşq olsun deyirəm. Efirdə süni vətənpərvərlik edənlərin, Xocalıya “matəm tutanların” sözünü kəsdi, və açıq aşkar kişi kimi dedi, dünən 3 Şəhid vermişik, niyə susursunuz.

Verlişin hamsına görməmişəm, amma yaxşı bir söz işlətdi ki, az qeyrətdən danışın, bizim qeyrətimiz Qarabağ alınanda getdi. Nadiri mən bir nakişi kimi tanıyıram amma ki, bu efirdə baş verən süniliklərə etiraz eləməsini alqışlayıram. Nisə Qasımova deyir, indi mən onlara görə yas tutmalıyam. Sovet vaxtında altında yatmadığı adam qalmayıb, indi danışmağına bax. Heyf sənnən


Yüklə!

Enter.az

Təsadüfən Vüsalın o məşhur 10 səbəb yazınsını bir də oxumaq qərarına gəldim. Girib nə görsəm yaxşıdır, 119 şərh. Bir blog üçün bu çoxdur. Girdim əyləncə saytlarına baxdım, çətin hallarda o qədər şərh alan mövzu gördüm, baxmayaraq ki, ziyarətçiləri ümumi Azeriblogun sisteminnən 100 qat çoxdu :) Birinci dəfə sadə bir blog yazısına bu qədər maraq gördüm.

Sevindirici haldır. Ən əsası odur ki, şərhlərdə gərginlik olmasa da, heç kim heç kimi söymür, alçaltmır və  bir söznən “cırnamır”. Halal olsun ordakı hər kesə, hər iki tərzdə düşünənə. Bizə bax belə, mədəni şəkildə diskussiya aparmaq lazımdır.

Sayına baxa bilmirəm, amma o yazıya mən də oxuyucu göndərmişəmsə, halal olsun mənə :D

PS: mən Vüsalın yazılarını yığıb, bir jurnal çıxardacam, yaxşı qabağa düşərəm :D

Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)

Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)

İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki) 

Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı)

Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü, Qobustan)  ağır yaralanıb.

Müdafiə nazirliyi şəhidləri öldükdən sonra medalla mükafatlandırdı.

Rəsmi mənbələr qəribə rəqəmlər verir. Biri deyir səkkiz nəfər şəhid olub, biri deyir 4, tam bir siyahı tapa bilmədim.

Amma fikir verirsinizsə, əsgərlərimiz hamsı 88-ci il təvəllüdlərdi. Mənə maraqlıdı, 88 təvəllüdlü adam, hələ həyata yeni yeni gözlərini açır. Yeni yeni olub bitənləri dərk etmək istəyir. Bu yaşda uşaqları cəbhədə ən ön xəttə qoymaq kimin fikridir. Bu yolla, kim erməniyə qalib gəlmək haqqında düşünür görəsən. Belə absurdcasına yə hazırlaşan millət yə yönəlik bəyanat verəndə qıdığım gəlir. Adi kişiliklərinə şübhə ilə yanaşdığımız Hollandiya, əsgərlərini döyüş yerinə göndərməmiş, minbir cür məşqdən keçirdirlər, bütün növ texnikaları öyrədib sonra göndərirlər. 

Bizdə isə, nəysə… 

Heyf o cavanlardan…

Allah Rəhmət Eləsin.

Vüsal yenə yaradıb. On maddə ilə ının ən zəhləm getdiyi xasiyyətlərini yazıb.

Yazını oxumağa başlayanda tərəddüdüm var idi, görəsən Vüsal hansı maddələri yazıb. Oxumağa başlayandan sonra birinci maddədən onuncuya qədər nöqtə vergülü ilə də razılaşdım. Həqiqətən də, ını geriyə salan əlamətləri tam sadalayıb. Mən də bu əlamətləri bilib dərk etsəm, heç vaxt sözlə ifadə edə bilmirdim. Hələ Vüsal kimi ədəbi axıcılığı bacarmazdım.

Öz millətimizi dərk etmək istəyən oxusun bu yazını.

Mən də bura 11ci maddəni əlavə edərdim. Vüsal nə qədər qərərsiz təhlil eləsə də ımı, biz ın bir axmaq xüsusiyyəti odur ki,  heç kim Vüsalın sadaladığı bu maddələrnən razılaşmaz. Çünki, onları Vüsal sadalayır. Hələ həyatda tanımayan adam üçün, Vüsal Azeriblogun sadə bir blogçusudu. Amma eyni yazını Vüsal Day.az kimi bir yerdə yayınlasaydı, o zaman yazı ölkədə hay küy qopardı. Səbəbi isə bir dənədir, bizim millət şöhrətpərəstdir. Bizim millət azad sözünü ifadə edən insana yox, standartlaşmış, çürümüş sözlərdən istifadə edənlərə dəyər verir. Heç kim, özündən daha ağıllı və düşüncəli bir adamı görməyə dayana bilmir.

Mənim kimi, uzağı 50 adam girib, Vüsalın yazısını oxuyub ordan nəsə ibrət götürəcək, amma qalanı isə bu yazının tənqidi başladığını görüb, ağzını büzüb qaçacaq əyləncə saytları, və yaxud “köklü”  informasiya agentliklərindəki əssassız iddialı, heç bir şeyə yararı olmayan, sadəcə vərəqlər dolsun deyənə yazılan yazıları oxumağa.

Elə düşünməyin ki, onlar sadəcə xoşlamırlar bu tip yazıları oxumağı. Yox, onlar Vüsal kimi geniş düşüncəli adamları qısqanırlar, Vüsalın yazdığı sətirləri oxuduqca, nə qədər geridə qaldıqlarını, özləri də bilmədən bu sistemin bir kuklası olduqlarını başa düşürlər.

Mən bu gün girib burda, fikirlərimi yazıram, bir iki çaqqal girib yazdığım fikirlərə söyüşnən cavab verir, güya mən özümü ağıllı bilirəm ya nə. Bir cəmiyyət bu qədər azad fikirdən uzaq qala bilər. Mən yanlış deyirəmsə, sənin də sözün var, gəl adam balası kimi şərhini yaz, müzakirəmizi edək. Amerikada seçki kompaniyası zamanı Mayk Hakabe ilə Mak Keyn birbirini yedilər rəsmən. Amma Mayk Hakabe yenildiyini anladı, və öz səs verənlərindən səslərini Mak Keynə verməklərini istədi. ına bu cür mübarizə mədəniyyətinin gəlməsinə əsrlər var.

Avropa mədəniyyəti deyir gedir hamı. Mən özüm burda oxuyuram, bir dənə binamus dərsə təzə paltarlarını geyinib gəlmir. Hamsı bədən və sifət quruluşu ilə bizdən minqat qəşəngdilər. Amma ki, dərsə gələndə kiminsə bahalı paltar geyindiyini belə görmədim.  Adamın baxmaqdan doymadığı qızların, mən bir semestr ərzində cəmi 3 4 dənə fərqli geyimdə dərsə gəldiyinin şahidi olmuşam. O yanlız bizik, içi boş, amma kənardan elə göstərmək istəyirik ki, eləbil dünya bizim əlimizdədir.

Hamı özünü ağılıı bilir. Vüsal da bunu bir maddəynən yaxşı yazıb.

Özünü savadlı göstərməkdən ötrü ürəyin getdiyi halda, gerçək savaddan qaçdığın üçün….

Yazını oxumağı məsləhət görürəm.

Əsəri oskar mükafatına layiq görülmüş müəllimin, dərs keçdiyi 30 tələbədən biri olmaq yəqin ki, hamıya qismət olmur :)

Bunu yekəxanalıq kimi görməyin, tamamən təsadüfdü :D
Gələn həftə götürdüyüm Cənub Şərqi Asiya tarixindən imtahanım var. O qədər məsuliyətsiz tələbəyəm ki, dedim bir baxım görüm müəllim nələri soruşacaq. Bunun üçün də müəlliminin tələbələri üçün hazırladığı sayta girmək lazımdı. Əlbəttə ki, mən onu da bilmirəm. Google köməyimə çatdı. Axtarışa müəllimin adını, Alfred McCoy yazdım, gördüm təzə xəbər var kişi haqqında, açdım və nə görsəm yaxşıdı.

Sən demə, Ən yaxşı sənədli film Oskarını alan, “Taxi to the Dark Side filmi, bizim professorun əsərinin üzərində çəkilib. 106 dəqiqəlik film, Amerikan əsgərlərinin işğal etdikləri ərazilərdə insanlara verdikləri işkəngəcələrdən bəhs edir. Rejisorluğunu Alex Gibney edən film, Əfqanıstanda bir taksi sürücüsünün başında keçən hadisələri və sonda Amerikan həbsində ölməsini canlandırır.

Mən də bu kişinin dərsinə getmirəm. CIA-nin opium ticarətinə şərait yaratdığını da açan McCoy idi. Amma bu fakt məni dərsə getməyə vadar etməmişdi, Amma Oskara layiq görüldüyünü öyrəndiyimə görə yəqin ki, bunnan sonra gedərəm :D