Top Məndə
Ana Səhifə » Archive by category 'Mədəniyyət'

Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.

Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik :) Davamına Bax »

Schengen şəhərində bağlanmış müqavilə və sonradan bu müqavilənin bütün İttifaqına aid edilməsindən sonra ölkələr arasında sərhəd problemi qalmır. Bu yaxınlarda bizə yad olmayan Polşa, Latviya, Litva, Çexiya kimi ölkələr də bu zonaya daxil oldular. Yəni ölkədən ölkəyə keçərkən heç bir yoxlanışdan keçmək lazım deyil. Başa düşməyənlər, bu şəkilə bir fikir versinlər. Almaniya və Avstriya sərhəddi. Orda da yazılıb ki, Almaniyaya Xoş Gəlifsiz :D ELə bil Nizami Rayonunnan Nərimanova keçirsən :)

Türk liseyində oxuyanlar yəqin ki, coğrafiya müəllimi Murat Əraslanı (Murat Eraslan) tanıyarlar.  Tarixdəki emaillərə baxanda, bir emailə rast gəldim. Murat Müəllim Türkiyəli olsa da ı çox sevirdi. Türkiyəyə təyinatı çıxdıqdan sonra, yaman darıxır. Bu yay özüm Gənclik metrosunun yanında gördüm, Türkiyədən uşaqları gətirmişdi gəzməyə. Amma Murad Müəllim dözə bilməyib, hisslərini şerə töküb. Dedim yerləşdirim bura.

CANIM AZERBAYCANIM

Senden ayrıldığım günden beri senle doluyum
Sen orda odlar yurdu ben burda Anadoluyum
Senin taşına toprağına kurban oluyum
Ah benim canım, can Azerbaycanım

Gözümde belirdi perde perde
Ağdaş,Guba,Şeki Berde
Kekik kokan Kafkasların nerde
Ah benim canım, can Azerbaycanım Davamına Bax »

Adətən Almaniyada dövlət hesabına olub. Təzəlikcə, qərar çıxarıblar ki, bunnan sonra dövlət təhsili pulsuz etməyəcək.

Bu da buna qarşı bir etiraz aksiyası.

Yazılıb ki, “Mənim qızım öz haqqını özü qazanacaq”  :mrgreen:

alman.jpg

Vüsal deyir,10 Azərbaycanlıdan 9u şer yazır, amma aralarında yaxşı yazanlar da var. Bir dostum yazdığı şeri gözdən keçirtmək üçün mənə göndərdi, mən də şeri oxuyanda bir sözlə heyran oldum. qadınının gözəlliyinə həsr olunmuş bu şer, inanıram sizə də çox təsir edəcək. Mən öz rəyimi bildirmişəm, buyurun siz də şərhlərinizi bildirin görək. Heç nədən çəkinməyin, xoşu gəlməyən desin xoşum gəlmədi :)

Amma bəri başdan deyim, mənim çox xoşuma gəldi.

qızıyam …

qızıyam …
Adımı söyləyəndə xəyallarda canlanır
Başqasında olmayan o zərafət,işvə ,naz,
Dünyada mənim kimi sadiq qadın tapılmaz…
Qəhrəman bir ananın qəhrəman övladıyam …
qızıyam…

qızıyam …
Zərif qadınlığımla ,mən aslan tinətliyəm …
Qılıncıyla kükrəyən Nəbinin Həcəriyəm…
Koroğlu qeyrətliyəm…
qızıyam…
Yanıqlı cəh cəhiylə ürəkləri dağlayan Cahargah segahıyam
Qazaxlı Ədalətin durnatelli sazıyam
Musiqi avazıyam…
qızıyam..
Ellərə işıq saçan səadət mehtabıyam
Ləyaqət carçısıyam..
Kürqırağı çöllərin yaşılbaş sonasıyam
Ələsgər qoşmasıyam…
qızıyam…
Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…
qızıyam…
Hüsnümə nəğmə qoşan Nəsimi qəzəliyəm
Bu şerin sənətin mən ilham pərisiyəm
Bir eşq bənövşəsiyəm…

qızıyam …
Vətəndən ayrı düşmüş Qarabağ bülbülüyəm
Çarəsizlik gülüyəm…
El Oba xəstəsiyəm…
qızıyam …
Bir milyondan çox olan didərginin ahıyam…
Siyasət qurbanıyam…
qızıyam…
Keçmişdən gələcəyə paklığıyla yol açan
Əbədiyyət səsiyəm…
Azadlıq nəğməsiyəm…

Günel Quliyeva

19 Aprel 2008

Bu işarəyə yaxşı bir fikir verin. Bu işarədən bizdə başqa heç harda ola bilməz. Şəkli Azərbaycanda çəkən xarici fotoqraf isə şəkli yerləşdirdiyi Flickrdə şəklə açıqlama olaraq “Run Like Hell” (Qoy üstünə qaç burdan) yazıb.

Amma həqiqətən də bu düzgün işarədir. Bizdə maşınlar elə keçir ki, üstünə qoyub qaçmasan əziləssən hələ bir arada söyüləssən də. Bizdə çox qəribə şeylər var, nə sürən günahı öz boynuna götürür nə də yolu keçən. Sürən deyir yol mənimdi getməliyəm, yolu keçən də deyir mən piyadayam mənim doğuşdan haqqım var yolumu keçməyə.

Deyək ki, qanunlar işləmir. Bəs insanların özlərinə nə oldu? Normal cəmiyyətdə insanlar bir birinə hörmət bəsləmələdirlər.Nəticədə hamımız bir pasportu var, eyni millətin nümayəndələriyik. Özünə hörmət eləməyən milətə heç kim hörmət eləməz.

68765796_cf29ec9483