Top Məndə
Ana Səhifə » Archive by category 'Məlumat'

Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.

Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik :) Davamına Bax »

Hamınızın gözü başı aydın olsun, Qalatasaray Fənəri o dünyalıq elədi. Ligin sona yetməsinə az qalmış, yanlız bir xarici futbolçusu olan Cimbom yarıdan çoxu əcnəbilərdən ibarət olan Fənəri o tərəfə göndərdi.

Bütün azərkeşlərə təbriklər. ))

23.jpg

Hörmətli istifadəçilər, oxucular, bacılar, qardaşlar. Son bir xəbəri nəzərinizə çatdırmaq istərdim.

Muxtar Respublikasında bundan belə restoranda qız toyu keçirtmək qəti qadağandır. Sədrin qərarı var və qərara uymayanlar ağır şəkildə cəzalandırılacaqlar. Qız toyunu ancaq palatkada eləmək olar.

Zarafat eləmirəm düzdü bu məlumat :D

Belə getsə sədr əmr verməmiş yatmaq durmaq da olmuyacaq :)

Bir lətifə eşitmişəm. Biraz dəyişib yazıram.

Bir gün bir kələ olur. Pis çıxmasın bu kələnin mayalandarmadığı inək qalmır. Həddindən artıq aktiv olur. Birgün kənd təsərrüfatı nazirliyinin işçiləri bu kələnin fəallığını sezirlər. Deyirlər, gəlin bu kələni aparaq dövlət fermasına, ordakı inəklərnən yoldaşlıq eləsin, məhsul artsın.

Kələnin yiyəsiylə razılaşırlar, kələni aparırlar dövlət obyektinə.

Dövlət fermasına gəldikdən sonra kələdən nəsə səs çıxmır. Heç bir inəyə yaxın durmur, bütün günü yatır.

Gedirlər kələnin yanına deyirlər, sənə nə oldu belə, sənin əvvəllər əlindən qurtaran inək yox idi, hər gördüyünü o məsələ. Nə oldu birdən birə?

Kələ başını qaldırır, sakitcə deyir, MƏN ARTIQ DÖVLƏT MƏMURU OLDUM. :D

İndi hörmətli, blogçular və oxuyucular, biz burda yaza yaza artıq dövlət məmuru olduq :D

Fərhad çox gözəl bir kampaniya başladıb, blogçuların görüşünü təşkil edir. Ətraflı məlumatı burdan oxuya bilərsiniz. Boş durmaq olmaz :)

Biz də yeni ölkəyik, gələcəkdə iqtisadiyyatımızı qorulamılıyıq. Zimbabve buna bir nümunədir.

Zimababvedə işsizlik 80%, inflyasiya isə dayanmadan artır.  Martın əvvəlində, Zimbabvedə 1 Amerikan dolları 20 milyon Zimbabve dollarına bərabər idisə də, bu gün yəni Martın axırında yalnız 40 milyon Zimbabve dolları 1 Amerikan dollarına bərabərdir.

zimbabwe-dollar.jpg

Mən bir həftəliyinə oppalara gedirəm. Birşey yaza bilmiyəcəm. Əlimdə internet olsa yazaram. Bu yazını oxuyan hər kəsə uğurlar:D

xebername.jpg

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.

Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq :D

Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın internetində tamamilə dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.

Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş :D ) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.

Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm dilinə olan sevgim və belə bir sistemin dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi :D Biraz məlumat verim bu barədə.

Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.

Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir. :)

Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.

Deməli sistem belədir.

1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.

2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.

Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.

Vətənə Millətə Xeyrili Uğurlu Olsun!

xebername.jpg

yayim.jpg

Qardaşlar, vətənpərvər oğlanlar yeni bir uğurlu proyektə imza atıblar. Mənim kimi, çoxdandır dilində danışan adam görməyənlər üçün bir hədiyyə hazırlayıblar. Yayım.net vasitəsilə milli kanallara baxa bilərsiniz. Həmçinin radiolara da qulaq asmaq olmur. Bütün kanallar olmasa da, İnşallah gələcəkdə olar.

İndi açdım, bəxtimə Liderdə nəsə bir Hind serialı, AZTV-də ot xokkeyi İctimai TV-də Xatirənin zəngimcell kodlarını deyirlər. :) Dəyişən elə güclü şey yoxdu. Amma Vətən həsrətinə dərmandı.

http://yayim.net

Bu şəkillərə bir baxın. Sizcə bu yetim əsgər kimdi?

ap_harry4_080303_ssvap_harry12_080228_ssv

ap_harry5_080228_ssh 

Bilmədinizsə deyim, bu İngiltərə Şahzadəsi Harrydir. Əfqanıstanda kişi kimi əsgərlik edir. :D

Sizə bir şok xəbəri çatdırıram. Təsadüfən internetdə gəzərkən hamının oxuduğu məşhur bir xəbəri gördüm. Forbes jurlanını saytında dünyanın ən çirkli 25 şəhərinin siyahısı hazırlanıb. Yuxarıdan başaldım, 25ci şəkildən. İlk 5ə çatdıqda gördüm nəsə indiyə qədər adımız çəkilmədi biraz narahat oldum. 2ci şəkilə qədər gəldim. 2ci ən çirkli şəhər Dakanın Bangladeş şəhəri idi. Dedim da bunnan sonra olmaz. Səbirsizlikdə açdım birinciyə baxım. Nə görsəm yaxşıdı. Forbes Jurnalının hazırladığı reytinqə görə dünyanın ən çirkli şəhəri məhz Bakıdır. Şəhərimiz 27.6 xal ilə ən sonda gəlir.

Başınız sağ olsun. Buyurun baxın.

Bu da siyahı.

No. 25: Port Harcourt, Nigeria
No. 24: New Delhi, India
No. 23: Maputo, Mozambique
No. 22: Luanda, Angola
No. 21: Niamey, Niger
No. 20: Nouakchott, Mauritania
No. 19: Conakry, Guinea Republic
No. 18: Lome, Togo
No. 17: Pointe Noire, Congo
No. 16: Bamako, Mali
No. 15: Ouagadougou, Burkina Faso
No. 14: Moscow, Russia
No. 13: Bangui, Central African Republic
No. 12: Dar es Salaam, Tanzania
No. 11: Ndjamena, Chad
No. 10: Brazzaville, Congo
No. 9: Almaty, Kazakhstan
No. 8: Baghdad, Iraq
No. 7: Mumbai, India
No. 6: Addis Ababa, Ethiopia
No. 5: Mexico City, Mexico
No. 4: Port au Prince, Haiti
No. 3: Antananarivo, Madagascar
No. 2: Dhaka, Bangladesh
No. 1: Baku, Azerbaijan