Əziyyətlərin övladı Əmrah və Əmraha və onun ailəsinə sarsıdıcı zərbələr endirməkdəm daim həzz alan Nuri kişi. Köhnə filmlərə baxanlar bilərlər bunu. Böyütmək üçün şəkilin üzərinə tıqqıldadın.
Davamına Bax »
Türk liseyində oxuyanlar yəqin ki, coğrafiya müəllimi Murat Əraslanı (Murat Eraslan) tanıyarlar. Tarixdəki emaillərə baxanda, bir emailə rast gəldim. Murat Müəllim Türkiyəli olsa da Azərbaycanı çox sevirdi. Türkiyəyə təyinatı çıxdıqdan sonra, yaman darıxır. Bu yay özüm Gənclik metrosunun yanında gördüm, Türkiyədən uşaqları gətirmişdi gəzməyə. Amma Murad Müəllim dözə bilməyib, hisslərini şerə töküb. Dedim yerləşdirim bura.
CANIM AZERBAYCANIM
Senden ayrıldığım günden beri senle doluyum
Sen orda odlar yurdu ben burda Anadoluyum
Senin taşına toprağına kurban oluyum
Ah benim canım, can Azerbaycanım
Gözümde belirdi perde perde
Ağdaş,Guba,Şeki Berde
Kekik kokan Kafkasların nerde
Ah benim canım, can Azerbaycanım Davamına Bax »
Ekslüziv Şəkil üçün Maxsuda təşəkkürlər. Ancaq Azərbaycanda seriyasını Ancaq Naxçıvandaya da dəyişmək olar. AL YE DAA! dondurmaları. Amma bunu Al Ye Da Be yazsa idilər də pis olmazdı

Çoxdandı gülməyən adam varsa, bu məhlə uşaqlarına baxsın. Gülməyi qarantiya eləyirəm =))
Səmimi insandılar, başa düşən insandılar məhlənin oğlanları
Keyfiyyətsiz olsa da çox gülməli videodu:) Baxa bilərsiniz
Yavaş yavaş internetdən kadrlar çıxır müharibəyə aid.
Bu da OMON dəstələrinə aid video.
Çoxları, bilmirəm hansı səbəblərə görəsə Qarabağ müharibəsinə həmişə qara yaxmaq istəyirlər. Amma mənim üçün Qarabağ müharibəsini Azərbaycan tarixində ən şanlı lövhələrdən biridir.
Öləcəklərini bilə bilə, könüllü döyüşməyə gedən oğullar hamsı vətən üçün şəhid oldular. Onları məcbur edən yox idi, hər bir vətəni erməniyə verməmək üçün canlarını qoydular. Can qoymaq, elə də asand şey deyil. Neçə illərdir, müharibədən uzaq qalmışıq, bizimkilər də müharibənin nə olduğunu unudublar.
İnternetdən təsdadüfən bir video tapdım, orda gedən söhbətlər, öldürülüb yerlərə salınmış erməni meyidlərindən, bir daha başa düşdüm ki, Azərbaycan xalqı istəsə bir yumruq halında birləşə bilər. Bu videodar ikı batalyon, Gəncə batolyonudu. Sözümün canı, bir vaxt tək Azərbaycan var idi. Bu gün isə yanlız pul var.
Azərbaycan bugünkü kimi, 30% inkişaf ilə yox, oğulları vətən üçün can qoyanda daha güclü idi.
PS: Yeni Ermənistan prezidenti konkret söz dedi ki, Qarabağı yaddan çıxardın. Müdafiə və Xarici İşlər nazirini də dəyişdi. Bir 10 il də belə getdi.
Buyurun siz də baxın.
Vüsal deyir,10 Azərbaycanlıdan 9u şer yazır, amma aralarında yaxşı yazanlar da var. Bir dostum yazdığı şeri gözdən keçirtmək üçün mənə göndərdi, mən də şeri oxuyanda bir sözlə heyran oldum. Azərbaycan qadınının gözəlliyinə həsr olunmuş bu şer, inanıram sizə də çox təsir edəcək. Mən öz rəyimi bildirmişəm, buyurun siz də şərhlərinizi bildirin görək. Heç nədən çəkinməyin, xoşu gəlməyən desin xoşum gəlmədi
Amma bəri başdan deyim, mənim çox xoşuma gəldi.
Azərbaycan qızıyam …
Azərbaycan qızıyam …
Adımı söyləyəndə xəyallarda canlanır
Başqasında olmayan o zərafət,işvə ,naz,
Dünyada mənim kimi sadiq qadın tapılmaz…
Qəhrəman bir ananın qəhrəman övladıyam …
Azərbaycan qızıyam…Azərbaycan qızıyam …
Zərif qadınlığımla ,mən aslan tinətliyəm …
Qılıncıyla kükrəyən Nəbinin Həcəriyəm…
Koroğlu qeyrətliyəm…
Azərbaycan qızıyam…
Yanıqlı cəh cəhiylə ürəkləri dağlayan Cahargah segahıyam
Qazaxlı Ədalətin durnatelli sazıyam
Musiqi avazıyam…
Azərbaycan qızıyam..
Ellərə işıq saçan səadət mehtabıyam
Ləyaqət carçısıyam..
Kürqırağı çöllərin yaşılbaş sonasıyam
Ələsgər qoşmasıyam…
Azərbaycan qızıyam…
Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…
Azərbaycan qızıyam…
Hüsnümə nəğmə qoşan Nəsimi qəzəliyəm
Bu şerin sənətin mən ilham pərisiyəm
Bir eşq bənövşəsiyəm…Azərbaycan qızıyam …
Vətəndən ayrı düşmüş Qarabağ bülbülüyəm
Çarəsizlik gülüyəm…
El Oba xəstəsiyəm…
Azərbaycan qızıyam …
Bir milyondan çox olan didərginin ahıyam…
Siyasət qurbanıyam…
Azərbaycan qızıyam…
Keçmişdən gələcəyə paklığıyla yol açan
Əbədiyyət səsiyəm…
Azadlıq nəğməsiyəm…Günel Quliyeva
19 Aprel 2008
Bakcell şirkəti Bakının kəlləsinə veb kamera yerləşdirib. Bundan sonra 24 saat Bakıya canlı baxa biləcəyik. :)Adobe Flash playeriniz yoxdursa yükləyin sonra gəlin
Bakcell şirkətinə təşəkkürlər
Mozilla ilə açılmır. Səbəbini bilən varsa desin

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.
Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq
![]()
Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə Azərbaycan dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın Azərbaycan internetində tamamilə Azərbaycan dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.
Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən Azərbaycan milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş
) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.
Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm Azərbaycan dilinə olan sevgim və belə bir sistemin Azərbaycan dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi
Biraz məlumat verim bu barədə.
Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.
Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir.
Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.
Deməli sistem belədir.
1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.
2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.
3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.
4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.
Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.
Vətənə Millətə Xeyrili Uğurlu Olsun!
Milli qəhrəman Çingiz Mustafayeva aid şəkillər. Şəkilləri Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş bir saytdan götürdüm. Ünvanı chingizmustafayev.com
Amerikada vətən üçün qarnı ağrıya düşmüş bir adam belə unudulmur, gərək bizdə də olardı. Amma heyif ki unutqanıq. Heç olmasa bundan sonra unutmayaq
R. Ocağovun «Özgə ömür» kinofilmi üçün foto sınaq çəkilişi. 1985-ci il
Ardında gördüyünüz və görmədiyiniz şəkillər var.


Tofiy




