Birinci dəfədi internetdə SSRİ Əfqanıstan (Amerika) müharibəsinə aid şəkillər tapdım.
Fənərbahçe yenə də kubok xəyallarında qaldı. Neçə ildir kubok ala bilməyən Fənərbahçeye aid yeni zarafatlar peyda olub. Kifayət qədər gülməlidir. Baxın
Qaynaq: milliyet.com.tr
Bir zamanlar görünüşləri ilə dünyanı lərzəyə gətirən bu Sovet gəmiləri indi kamçatkada bu cür tərk ediliblər. Orhan Pamuk, İstanbul əsərində yazır ki, Boğaz körpüsünnən Sovet tankeri keçərkən İstanbula bir sükut və və bir qaranlıq çökürdü. Hər kəs bu bəlanın çıxıb getməsini gözləyirdi. Adəta eləbil, evlərinin pərdələrini aralayıb altdan- altdan baxarcasına insanlar bunu seyr edirdi. Nəticəsi isə göz qabağındadır. Zorakılıqla qurulmuş dövlət, belə gülüncəsinə dağıldı….
Ardında maraqlı şəkillər və yersiz analizlərim var.
Digər Saytlar bloglar artıq yerləşdiriblər Xocalıya aid şəkilləri. Mən internetdə nisbətən az yayılmışları bölüşmək istədim. Şəkillər ümumilikdə Qarabağ müharibəsinə aiddi
Unutqan Millətin axırı yaxşı olmur. Unutmayın. Bir neçə şəkil yerləşdirirəm. Daha çox burdan baxın. Şəkillər Eylence.az-dan alınıb.
Bu kadrları çəkən Çingiz Mustafayev sağ qalsaydı, bugünkü Azərbaycanlıların bu cür soyuqqanlılığının şahidi olub fikir şəhidi olardı.
Deyirəm Azərbaycanda hər şey qəribədir. Ayın 25nə qədər hərşey qaydasındadı. 25i gecə hər kəs yatmağa hazırlaşarkən, deyir sabah faciə günüdü. 1 gün davam edəcək, sonra yenə işə gücə davam.
Bu gedişatın bir sonun olduğuna inanmayın. İldə bir gün Xocalını yad eləməklə düzələn iş deyil. İnternetdə ən çox ziyarət edilən Azərbaycan saytı Day.az ilboyu Röyanın, Bagiranın lüt şəkillərini qoyur (heç olmasa adama oxşaylara dərd yarı), nəbilim Ədalət Şükürovun Kubada istirahətini göstərir amma Xocalıya aid bir dənə normal fotosessiya hazırlaya bilmir. 100 illərdir eşitdiyimiz sözləri yığıb yenidən bir məqalə hazırlayıb qoyublar ora. Əgər yaxşı hazırlanmış yazı oxumaq istəsəniz Azadlıq radiosunun oxuduğu məqaləni oxuyun.
Bizim millət həddindən artıq unutqan milətdir. Hamımız bilirik Xocalı faciəsi zamanı Azərbaycanlılara verilən işkəncələri. Qadınları, qocaları, uşaqları hamsına bir bir işkəncə verə verə öldürüblər. İndi necə olur ki, biz ermənilərnən bir stola oturmağa hazırlaşırıq?
Mənə həmişə gülməli gələn bizimkilərin erməni görən zaman yuxarıdan getməsidir. Nəbilim biz büdcəmiz ermənilərin büdcəsinin 100 qatıdı, nəbilim bizdə adambaşına bu qədər S class Mersedes düşür amma ermənilərdə bu yoxdur…
Adama deyərlər, ay yazıq nə danışırsan sən, küçə dilində desək nə "yaxırsan"? Ermənilərin sənə elədikləri göz qabağındadır. Gəldilər, öldürə bildiklərin öldürdülər, əsir ala bildiklərini əsir aldılar, torpağın 20%ni işğal etdilər, 15 ildi əllərində saxlayırlar və daha nələr. İndi bizim burda gen bol danışmağımızın heç bir mənası yoxdur.
Kim nə deyir desin, Hacıbala Abutalıbovdan daha çox can yandıran heç kim ola bilməz. Gizlin çəkilmiş videodur. Yazıq gəib, gül əkənlərə öyrədir necə gülü əkmək lazımdır
Qaynaq: baku.ws
Azərbaycana aid yeni reklam çarxları çəkilib. Çarxlarda Leyla və Arzu Əliyeva çəkiliblər.
Ermənistanda Levon kişinin gəlməsi ölkəni biraz yaman hala salıb. Mitinqlər gecə gündüz davam edir. Bugün Levonun qalib gəldiyini təsdiqləyən baş prokurorun muavini işindən azad olundu.
ATƏT və bir sıra təşkilatlar seçkini tanısa da, mitinqlərin davam etməsi məncə hakimiyətin devrilişinə gətirib çıxarda bilər. Hər halda köhnə sovet günlərini yada salan ermənilər yəqin ki Levon Terpetrosyanı dəstəkləyərlər. Çünki onu gündəmində ilk növbədə Azərbaycan və Türkiyə ilə əlaqələri davam etdirmək durur. Bu cür atəşli mitinqlər onu göstərir ki, Levonun xalq arasında kifayət nüfuzu və xalqın da Terpetrasyan siyasətinə marağı var.
Ardında bir video daha var
Bu işarəyə yaxşı bir fikir verin. Bu işarədən bizdə başqa heç harda ola bilməz. Şəkli Azərbaycanda çəkən xarici fotoqraf isə şəkli yerləşdirdiyi Flickrdə şəklə açıqlama olaraq “Run Like Hell” (Qoy üstünə qaç burdan) yazıb.
Amma həqiqətən də bu düzgün işarədir. Bizdə maşınlar elə keçir ki, üstünə qoyub qaçmasan əziləssən hələ bir arada söyüləssən də. Bizdə çox qəribə şeylər var, nə sürən günahı öz boynuna götürür nə də yolu keçən. Sürən deyir yol mənimdi getməliyəm, yolu keçən də deyir mən piyadayam mənim doğuşdan haqqım var yolumu keçməyə.
Deyək ki, qanunlar işləmir. Bəs insanların özlərinə nə oldu? Normal cəmiyyətdə insanlar bir birinə hörmət bəsləmələdirlər.Nəticədə hamımız bir pasportu var, eyni millətin nümayəndələriyik. Özünə hörmət eləməyən milətə heç kim hörmət eləməz.
Ya mən əvvəllər pessimist idim ya da ki,bu blog dalğası yeni yeni başlayır.
Azərbaycanda gələcək illərdə bir blog rüzgarının olacağı qənaətindəyəm. Uzun müddət Azərbaycandakı bloglarnan maraqlanmamışam, amma indi maraqlanıram görürəm ki, həqiqətən də blogun nə anlama gəldiyini bilən yeni və uzun müddətdir bu barədə işini görən blogçularımız da var imiş.
Ağlımda olan, yazılarını yaxın izlədiyim bir neçə blog haqqında sizə məlumat verəcəyəm. Əgər siz bura təsadüfən əyləncə axtarışında olaraq gəlmisinizsə oxumağınızı heç məsləhət görməzdim. Çünki haqqında danışacağım blogların sizin düşüncə tərziniz ilə heç bir əlaqəsi olmuya bilər
Başlayaq
Reytinqinin əyləncə saytlarımızdan qat qat az olmasına baxmayaraq, oxuduğum sətirlərində bir dənə belə yanlış tapa bilmədiyim Vüsal. Vüsal çox istedadlı şərhçidir. Mənim kimi başdan sovdu eləmir, günlərnən fikirləşdikdən sonra bir qərara gəlib yazısını yazır. Heç bir qrammatik və leksik qüsura yol vermədən fikirlərini çox gözəl ifadə edir. Bu tendensiyanı davam eləsə, Vüsalın bir neçə il sonra Azərbaycanda tanınmış siyasi şərhçi olacağına şübhəm heç yoxdur. Əlbətdə ki, blogun Vüsalın inkişafında xüsusi rolu olacaq.
Oxçu qardaşımızın blogu da ibrətamiz bir blogdur. Həm texniki həm də insani mədəniyyətə aid hər bir şeyin təhlinin çox gözəl təhlil edir Oxçu qardaş. Heç sevmədyim sistem olan DLE-dən istifadə etməsinə baxmayaraq, Oxçu əsil kompüter dahisidir. Mənim də biraz başım çıxır. Blogunun sadə, gözəl və funksionallığına baxan kimi hiss elədim onu. Nə sualınız olsa gedin yanına adımı verin həll edər işinizi
AzNetdə olan və olmayan yeniliklərdən xəbərdar olmaq istəsəniz Oxçuya qonaq gedin.


Tofiy








