İqtisadiyyat Oxumaq Lazımdır…
Ana Səhifə » Archive: Mart 2008

Biz də yeni ölkəyik, gələcəkdə iqtisadiyyatımızı qorulamılıyıq. Zimbabve buna bir nümunədir.

Zimababvedə işsizlik 80%, inflyasiya isə dayanmadan artır.  Martın əvvəlində, Zimbabvedə 1 Amerikan dolları 20 milyon Zimbabve dollarına bərabər idisə də, bu gün yəni Martın axırında yalnız 40 milyon Zimbabve dolları 1 Amerikan dollarına bərabərdir.

zimbabwe-dollar.jpg

Bakcell şirkəti nın kəlləsinə veb kamera yerləşdirib. Bundan sonra 24 saat ya canlı baxa biləcəyik. :)Adobe Flash playeriniz yoxdursa yükləyin sonra gəlin :D

Bakcell şirkətinə təşəkkürlər
Mozilla ilə açılmır. Səbəbini bilən varsa desin

baku.gif
Davamına Bax »

Çeçenistan prezindenti Ramazan Kadırov yanlız şərq xalqlarında mövcud olan bir görməmişlik edir. Onun kortejində, nə az nə çox 56 maşın iştirak edir. 56 maşın ilə hərəkət edən bu prezident öz maşının da özü sürür. Özü də maşın, Porsche Cayenne. Bir söznən görməmişlik

Vaxtınız varsa bu yazını oxuyun.

Birgün Türkiyə Sultanı Fateh Sultan Məhmət, ələ keçirdikləri İstanbul şəhərində, əsrarəngiz Aya Sofya kilsəsindən daha böyük bir Məsçid tikərək, İslam Memarı İncəsənətinin gözəlliyini sübut eləmək istəyir. Bunun üçün, Fateh  bir xristian (Roman) memarı işə buyurur.

İşə başlayan memar, qəsdən, Məsçid Aya Sofyadan hündür olmasın deyənə, Misirdən göndərilmiş sütunları qəsdən qısa edir. Bunu görən Fateh məhkəməsiz memarın əllərini kəsir.

Bundan hiddətlənən memar, Sultanı məhkəməyə verir.

Məhkəməni Xızır bəy aparır. Məhkəmə otağına daxil olan kimi, üzünü Fatehə tutub, sən memarının əlini şəriət məhkəməsinin qərarı olmadan kəsmisən. Bunun üçün əvəzində ya sənin də əllərin kəsiləcək, ya da memarı və onun ailəsini ölüncəyə qədər öz qoruman altına alıb onların yaşamlarını təmin etməlisən. Sultan kəsilmiş cəzaya razı olur.

Bu cür ədalətin şahidi olan Memar, ağlayaraq Sultandan üzr istəyir. Bir müddət sonra, bütün ailəsi ilə birlikdə Müsəlmanlığı qəbul edir.

Daha sonra Sultanla Qazı otaqda başbaşa qalırlar.

Sultan Fateh üzünü Qazıya tutub deyir : “Əgər padişahlığımdan qorxub, haqsızca bir qərar verərsəydin, bu qılıncımla başını üzəcəkdim”

Cavabında isə Qazı, masasının altında saxladığı toppuzu göstərib belə deyir, belə buyurur : ” Əgər padişahlığınızdan qürurlanıb, Şəriət məhkəməsinin qərarına əməl etməsəydiniz, bu toppuzda başınızı əzəcəkdim.”

Ümid edirəm ki, bu əhvalat bizə nümunə olar.

Tam olaraq kim olduğunu bilmirəm, amma danışığınnan çox xoşum gəldi. Nihat Gənc adlı bu şəxs çox düzgün danışır. Demokratiyaya marağı olanlar baxsın.

anasayfa_banner.jpg

Keçən həftə Mayamidə idim. Camaat dənizdə, klubda əylənərkən mən vaxti gələn kimi qaşdım Kurlar Vadisinin yeni seriyasına baxmağa. Amma seriyanın efirə buraxılmağına icazə verməmişdilər. Yəqin keçən seriyada çox “quş” buraxmışdılar. Atatürkü biz görəvləndirdik, gizli atom bombalarının yeri, xalqa yeni lider lazımdı zad söhbətlərinə görə.

Amma sözüm onda deyil, on birdədi :D Deyilənə görə, bu seriyalarda Məmati ilə Muro ölməlidir. İnternetdə gəzəndə gördüm, bu ikisinin ölməyinə çox etiraz var. Mən də şəxsən, bu ikisi olmamış Kurtlar Vadisinə baxmayanlar dərnəyinə üzvəm.

Maraqlıdı, sizin də fikrinizi bilmək istəyərdim, sizcə Məmati ilə Muro öləcəkmi? Əgər Məmati serialdan ayrılmaq istəyərsə məncə öləcək. Amma inanmıram ki, rejisor bu addımı atar, çünki Məmati, keçmiş Çakırdan da uğurlu bir roldur. Onsuz çox maraqsız olar. Bundan əlavə Muronun “taktik və strajesi”siz də Kurtlar Vadisinin marağı olmaz.

Amma ki, bəlkə də rejisor Poladın Ağsaqqallar tərəfindən seçilməsini nə cür dəhşətli bir şey olmasını, tamaşaçılara ən sevilən rol olan Məmatinin öldürülməsi ilə də göstərə də bilər. 3 gün qalıb, baxaq görək başımıza nə iş gələcək.

Növbəti, 31ci seriya Novruz ı şənliklərinə həsr olunub. Fragmanı yerləşdirirəm, fragmanda Məmatinin öldüyü tez tez desələr də, öldüyünü göstərmirlər. Ola bilər aldatmacadır. Bəlkə də, İsgəndər Məmatiyə öldü adı verib biryerdə gizlədər. Amma fragmanda aydın görünür ki, Bulut Yalçın Muronun “taktik ve strajesinə” yenik düşür :D

Biraz gec də olsa, hamınızın ını təbrik edirəm. :)

Bu da maraqlı video, 1967-ci ildə Azərbaycanda Novruz ı şənliyi.

Yüklə


Qaynaq: azadliq.org

PS: Mən Qayıtdım :D

Mən bir həftəliyinə oppalara gedirəm. Birşey yaza bilmiyəcəm. Əlimdə internet olsa yazaram. Bu yazını oxuyan hər kəsə uğurlar:D

Buşun gülməli olmasına söz ola bilməz. Bu dəfə də kitabı tərsinə oxuyur :D

bush.jpg

xebername.jpg

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.

Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq :D

Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın internetində tamamilə dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.

Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş :D ) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.

Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm dilinə olan sevgim və belə bir sistemin dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi :D Biraz məlumat verim bu barədə.

Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.

Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir. :)

Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.

Deməli sistem belədir.

1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.

2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.

Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.

Vətənə Millətə Xeyrili Uğurlu Olsun!

xebername.jpg