Çoxdandı gülməyən adam varsa, bu məhlə uşaqlarına baxsın. Gülməyi qarantiya eləyirəm =))
Səmimi insandılar, başa düşən insandılar məhlənin oğlanları
Keyfiyyətsiz olsa da çox gülməli videodu:) Baxa bilərsiniz
İnternetdə gördüm yenə, vaxt yoxdu dilini dəyişməyə istəyən oxusun, maraqlıdı
Saddam Huseyin Bill Clinton’i ariyor ve “ulkelerimiz arasinda baris ve dostluk adina yepyeni beyaz bir sayfa acalim” diyerek Bagdat’ta bir araya geliyorlar…Clinton odada Saddam’in karsisina oturuyor,bir bakiyor ki Saddam’in oturdugu koltugun kenarinda 3 tane dugme… buna hicbir anlamveremiyor tabi.. ve konusmaya basliyorlar..derken Saddam dugmelerden birine
basiyor, pirt diye bir box eldiveni cikiveriyor.. Clinton ne oldugunu anlayamadan suratinin ortasina GUUUMMMM diye yumrugu yiyor… Saddam gulmekten yerlere yatiyor.. Davamına Bax »
Hamınızın gözü başı aydın olsun, Qalatasaray Fənəri o dünyalıq elədi. Ligin sona yetməsinə az qalmış, yanlız bir xarici futbolçusu olan Cimbom yarıdan çoxu əcnəbilərdən ibarət olan Fənəri o tərəfə göndərdi.
Bütün azərkeşlərə təbriklər. ))
Bu google yaman şeydi. Mən mırta uzun müddət olar özümün facebookdakı adını dəyişib Lotu Nurlan eləmişdim.
Üstünnən hardasa 2 il keçib, amma nə qədər eləyirəm adımı dəyişmək fikirləri yoxdu.
Keçən dəfəki kimi, indi yenə də axtarış sözlərinə fikir verdim, gördüm artıq bu ad internetdə məşhurlaşıb, axtarışa Lotu Nurlan yazanlarımız da çıxıb
Test üçün bir yoxlayın, ilk gələn 2 səhifə mənə aiddi
Bunnan əvvəl keçən dəfə blogumun ekspress hissəninə girilən axtarış kəlamlarnı yazdıq. İndi də qorxqdugum başıma gəldi, indi Bagiranin, Röyanın lüt şəkillərini videolarını axtaranlar bura gəlir
Bunnan əlavə romantik şəkillər, milli cinsi əlaqə axtaranlar da gəlir.
Blogçulara məslətim, ziyarətçinizi artırmaq istəyirsinizsə belə sözlərdən istifadə edib bir yazı yazın, qaça qaça gələcək hamı ![]()
Yavaş yavaş internetdən kadrlar çıxır müharibəyə aid.
Bu da OMON dəstələrinə aid video.
Hörmətli istifadəçilər, oxucular, bacılar, qardaşlar. Son bir xəbəri nəzərinizə çatdırmaq istərdim.
Naxçıvan Muxtar Respublikasında bundan belə restoranda qız toyu keçirtmək qəti qadağandır. Sədrin qərarı var və qərara uymayanlar ağır şəkildə cəzalandırılacaqlar. Qız toyunu ancaq palatkada eləmək olar.
Zarafat eləmirəm düzdü bu məlumat
Belə getsə sədr əmr verməmiş yatmaq durmaq da olmuyacaq ![]()
Çoxları, bilmirəm hansı səbəblərə görəsə Qarabağ müharibəsinə həmişə qara yaxmaq istəyirlər. Amma mənim üçün Qarabağ müharibəsini Azərbaycan tarixində ən şanlı lövhələrdən biridir.
Öləcəklərini bilə bilə, könüllü döyüşməyə gedən oğullar hamsı vətən üçün şəhid oldular. Onları məcbur edən yox idi, hər bir vətəni erməniyə verməmək üçün canlarını qoydular. Can qoymaq, elə də asand şey deyil. Neçə illərdir, müharibədən uzaq qalmışıq, bizimkilər də müharibənin nə olduğunu unudublar.
İnternetdən təsdadüfən bir video tapdım, orda gedən söhbətlər, öldürülüb yerlərə salınmış erməni meyidlərindən, bir daha başa düşdüm ki, Azərbaycan xalqı istəsə bir yumruq halında birləşə bilər. Bu videodar ikı batalyon, Gəncə batolyonudu. Sözümün canı, bir vaxt tək Azərbaycan var idi. Bu gün isə yanlız pul var.
Azərbaycan bugünkü kimi, 30% inkişaf ilə yox, oğulları vətən üçün can qoyanda daha güclü idi.
PS: Yeni Ermənistan prezidenti konkret söz dedi ki, Qarabağı yaddan çıxardın. Müdafiə və Xarici İşlər nazirini də dəyişdi. Bir 10 il də belə getdi.
Buyurun siz də baxın.
Vüsal deyir,10 Azərbaycanlıdan 9u şer yazır, amma aralarında yaxşı yazanlar da var. Bir dostum yazdığı şeri gözdən keçirtmək üçün mənə göndərdi, mən də şeri oxuyanda bir sözlə heyran oldum. Azərbaycan qadınının gözəlliyinə həsr olunmuş bu şer, inanıram sizə də çox təsir edəcək. Mən öz rəyimi bildirmişəm, buyurun siz də şərhlərinizi bildirin görək. Heç nədən çəkinməyin, xoşu gəlməyən desin xoşum gəlmədi
Amma bəri başdan deyim, mənim çox xoşuma gəldi.
Azərbaycan qızıyam …
Azərbaycan qızıyam …
Adımı söyləyəndə xəyallarda canlanır
Başqasında olmayan o zərafət,işvə ,naz,
Dünyada mənim kimi sadiq qadın tapılmaz…
Qəhrəman bir ananın qəhrəman övladıyam …
Azərbaycan qızıyam…Azərbaycan qızıyam …
Zərif qadınlığımla ,mən aslan tinətliyəm …
Qılıncıyla kükrəyən Nəbinin Həcəriyəm…
Koroğlu qeyrətliyəm…
Azərbaycan qızıyam…
Yanıqlı cəh cəhiylə ürəkləri dağlayan Cahargah segahıyam
Qazaxlı Ədalətin durnatelli sazıyam
Musiqi avazıyam…
Azərbaycan qızıyam..
Ellərə işıq saçan səadət mehtabıyam
Ləyaqət carçısıyam..
Kürqırağı çöllərin yaşılbaş sonasıyam
Ələsgər qoşmasıyam…
Azərbaycan qızıyam…
Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…
Azərbaycan qızıyam…
Hüsnümə nəğmə qoşan Nəsimi qəzəliyəm
Bu şerin sənətin mən ilham pərisiyəm
Bir eşq bənövşəsiyəm…Azərbaycan qızıyam …
Vətəndən ayrı düşmüş Qarabağ bülbülüyəm
Çarəsizlik gülüyəm…
El Oba xəstəsiyəm…
Azərbaycan qızıyam …
Bir milyondan çox olan didərginin ahıyam…
Siyasət qurbanıyam…
Azərbaycan qızıyam…
Keçmişdən gələcəyə paklığıyla yol açan
Əbədiyyət səsiyəm…
Azadlıq nəğməsiyəm…Günel Quliyeva
19 Aprel 2008
Bir lətifə eşitmişəm. Biraz dəyişib yazıram.
Bir gün bir kələ olur. Pis çıxmasın bu kələnin mayalandarmadığı inək qalmır. Həddindən artıq aktiv olur. Birgün kənd təsərrüfatı nazirliyinin işçiləri bu kələnin fəallığını sezirlər. Deyirlər, gəlin bu kələni aparaq dövlət fermasına, ordakı inəklərnən yoldaşlıq eləsin, məhsul artsın.
Kələnin yiyəsiylə razılaşırlar, kələni aparırlar dövlət obyektinə.
Dövlət fermasına gəldikdən sonra kələdən nəsə səs çıxmır. Heç bir inəyə yaxın durmur, bütün günü yatır.
Gedirlər kələnin yanına deyirlər, sənə nə oldu belə, sənin əvvəllər əlindən qurtaran inək yox idi, hər gördüyünü o məsələ. Nə oldu birdən birə?
Kələ başını qaldırır, sakitcə deyir, MƏN ARTIQ DÖVLƏT MƏMURU OLDUM.
İndi hörmətli, blogçular və oxuyucular, biz burda yaza yaza artıq dövlət məmuru olduq
Fərhad çox gözəl bir kampaniya başladıb, blogçuların görüşünü təşkil edir. Ətraflı məlumatı burdan oxuya bilərsiniz. Boş durmaq olmaz ![]()
Metroseksual sözü bilməyənlər üçün deyim, pis mənaya gəlməsin, özünə şiddətli mənada baxan oğlana deyilir. Bu qətiyyən o məsələ olan kişilər yox, sadəcə daha cazibədar görünmək istəyənlərə aiddir. Bunlar lazım gələrsə bədənlərindəki tükləri qırxırlar. Nümunə üçün türk müğənnisi Özcan Dəniz
Allah Azərbaycan kişilərini bu bəladan saxlasın. Bir söz var, deyir kişi meymunnan bir balaca fərqləndisə gözəl sayılır
İndi bir şəkil gördüm, yaman gülməli gəldi. Deyəsən bizdə kimsə, bu metroseksuallığa biraz tez başlayıb, bu isə cavabı



Tofiy


