Buşun gülməli olmasına söz ola bilməz. Bu dəfə də kitabı tərsinə oxuyur :D
Normalda bloglar arası atışma deyilən birşey mövcuddur. Yəni bir blogger bir şey yazır, digəri onun yazısına öz blgounda bir yazı yazaraq, trackback, ping göndərərək cavablayır. Birinci yazarın yazısının altında düşür ki, kimsə bu yazıya cavab verir. Vördpress blogları arasında bunu etmək mümkündür, amma heyif ki fərqli blog sistemlərində bəzən alınmır.
İndi mən burda Vüsalın yazısına cavab verəcəm. Birinci şərh yazım, sonra dedim qoy biraz geniş yazım. Maraqlı olduğundan siz də oxusanız pis olmaz.
Deməli, Vüsal bu yazısında deyir ki, Türkiyə İraqdan çıxmaqla göstərdi ki, Türkiyə azad siyasət yürüdən ölkə deyil, dolayısıyla da müstəqil deyil.
İndi məsələyə Vüsal biraz çox belə baxdı. Əvvələ dünyada tam azad ölkə məncə yoxdur, çünki dünyada hər bir ölkənin bir birinə işi düşür, elə Amerikanın da İrana, Rusiyaya düşdüyü kimi.
Türkiyə İraqa girdikdən sonra, dünyada neft qiymətləri şiddətlə rekord həddə çatdı. Amerika iqtisadiyyatı bundan çox təsirləndi. Uzun illər sonra, iqtisadçılar Amerika iqtisadiyyatının tənəzzülə keçdiyi haqqında debatlar başladı. Öz təcrübəmnən deyim, CNN, CBS susmur bu barədə. Seçki qabağı Buş demokratların hücumuna məruz qaldı. Son variant isə Türkiyədən xahiş etdi, Türkiyə də İraqdan çıxdı.
Amma İraqa, atılan son bombanın üstünə, “yenə gələcəyik ” bir yazı da həkk olunmuşdur. Türkiyə, bəlkə də özü qəsdən tamamən bütün PKKların sonuna çıxmadı. Çünki, məhz bu yolla Türkiyə həmişə bir ayağının İraqda olacağının mesajını verir. Hər an hər saniyə Türkiyə İraqa girə və əməlyatını davam etdirə bilər.
Türkiyənin xata bəlasız, İraq xalqına ziyan vermədən öz əməlyatını keçirib geri qayıtması, çox nəhəng ölkələrin bacara bilməyi alqışa layiq haldır. Kim nə deyir desin, Türkiyə bu oyunnan qalib kimi ayrıldı. Həm gücünün olduğunu, istədiyi an İraqın daxilinə müdaxilə edəcəyini göstərdi həm də ki İraq xalqına Türkiyənin işğalçı dövlət olmadığını göstərdi.
Düşünmürəm ki, Türkiyə İraqın şimalını işğal edib, öz başına problem açsın. Sadəcə Türkiyəyə regional layihələrə başçılıq bəs edər. Türkiyə iraqı hərbi yox, iqtisadı cəhətdən onsuz da öz idarəsində saxlayır. İraqın, suyu, yeməyi, işığı hamsı Türkiyədən gedir. Bütün tikinti işlərini Türk kompaniyaları aparırlar. İraqın neft kəmərləri Türkiyə ərazisinnən keçir. Türkiyənin İraqla böyük həcmli ticarəti mövcuddur. Türkiyə bunları heçvaxt korlamaq istəməz.
Bunu Türkiyənin siyasətinin zəifliyi əlaqələndirmək olmaz.
Birinci dəfədi internetdə SSRİ Əfqanıstan (Amerika) müharibəsinə aid şəkillər tapdım.
Bilmirəm maraqlanırsınız ya yox, bu Amerika seçki kompaniyasında baş açmaq olmur, Obama yazıq Bill Klinton ilə dirəşir yoxsa arvadi Hilari xala ilə. Elə bu da o iki başlı əjdahanın şəkli.
Bunu el arasında Hilly-Billy Clinton deyirlər

Amerika prezidenti Corc özünü tuta bilmədi. Səfərdə olduğu Liberiyada rəqqasə qadın ilə əl qaldırıb oynadı
Baxılası Məsləhət videodur:)
İngilis dilində olduğundan yanlız İngilis dilini bilənlərə məhduddur
Az öncə Kosovo öz müstəqilliyini elan etdi. Maraqlıdı görəsən bu müstəqilliyin xeyri görə biləcəklər ya yox.
Amma hər ehtimalda bir millətin öz müstəqilliyinə qovuşmasından gözəl heç nə ola bilməz. Ona görə bütün dünyada yaşayan Kosovoluların ölkəyə axışması başlamışdır. İndi Kosovo üçün çətin günlər başlayacaqdır. ABŞ, Avropa onların müstəqilliklərini dəstəkləsə də Rusiya və yaxın Serbiya dəstəkləmir. Onsuz da kasıb hissədir, əsrlərdir zülmlərə məruz qalmış yerdir amma bəlkə müstəqillik onlara firavanlıq gətirdi.
Kosovonu Dağlıq Qarabağ ilə əlaqələndirənlər olsa da məncə əlaqəsi yoxdur. Kosovo tamam başqa əhalinin yaşadığı bir yerdir. Qarabağ isə Azərbaycanın tərkib hissədidir. Məsələ bu qədər sadədir. Amma Erməni diasporası oqədər təsirlidir ki, (və bizim diaspora o qədər zəifdir ki), ermənilər Kosovonun müstəqilliyini elan etməsindən layiqincə istifadə etmək istəyirlər.
Amma təqdim edəcəyim video Kosovolalıların sevincidir. Fikir verin, Kosovo bayraqları ilə birlikdə ABŞ, Avropa İttifaqının bayraqları da var
Türk musiqisinə bənzər müsiqi də maraqlı faktordur.
Bildiyimiz kimi, bu yaxınlarda Amerikada prezident seçkiləridi. Baxmayaraq ki,bizdə də demək olar ki eyni vaxtda prezident seçkiləri olacaq, azadlıqlar ölkəsi olan Amerikada əhval ruhiyyə daha yuxarıdır.
Namizədlərin xalqnan görüşlərinə mən də getdim. Mənim dəstəklədiyim isə Barak Obamadır. Dünən görüşdə idim, ordakı əhval ruhiyyəni yazmaq mümkün deyil, əvəzində dünən çəkdiyim bir iki şəkil yerləşdirəcəm.
Barak Obama, 46 yaşı var əgər seçilsə Amerikanın ilk qara dərili prezidenti olacaq. Corc Buşdan bezən hər bir Amerikalı Obamanı açıq aşkar dəstəkləyir. Dünən bizim universitetin oyun zalında, mən daxil 20 min nəfər adam yığışmışdı. Hamı öz namizədini dəstəklədi. Obama da isə növbəsində Corc Buşun səhvlərindən ağız dolusu danışdı. Hilari Klintondan fərqli olaraq Obama əsl xalq arasında yetişmiş adamdır. Əgər seçilsə Amerikada yerli dibli dəyişiklər gözlənir. Hələlik, seçkilərdə Obama hər iki rəqibi Hilari Klinton və John McCainnən qabaqda gedir. Elə dünən bizim qarşımızda çıxış edə edə, Maryland, Virginia və Kolumbiya mahalında keçirilən seçkilərdə də qalib gəldi.
Buyurun şəkillərə baxın. Bizim Universitetdir bura
Şəkillərin ardında video da var!
PS: Sabah Bill Klinton da gəlir arvadına səs yığmağa



Tofiy







