Türk liseyində oxuyanlar yəqin ki, coğrafiya müəllimi Murat Əraslanı (Murat Eraslan) tanıyarlar. Tarixdəki emaillərə baxanda, bir emailə rast gəldim. Murat Müəllim Türkiyəli olsa da Azərbaycanı çox sevirdi. Türkiyəyə təyinatı çıxdıqdan sonra, yaman darıxır. Bu yay özüm Gənclik metrosunun yanında gördüm, Türkiyədən uşaqları gətirmişdi gəzməyə. Amma Murad Müəllim dözə bilməyib, hisslərini şerə töküb. Dedim yerləşdirim bura.
CANIM AZERBAYCANIM
Senden ayrıldığım günden beri senle doluyum
Sen orda odlar yurdu ben burda Anadoluyum
Senin taşına toprağına kurban oluyum
Ah benim canım, can Azerbaycanım
Gözümde belirdi perde perde
Ağdaş,Guba,Şeki Berde
Kekik kokan Kafkasların nerde
Ah benim canım, can Azerbaycanım Davamına Bax »
Metroseksual sözü bilməyənlər üçün deyim, pis mənaya gəlməsin, özünə şiddətli mənada baxan oğlana deyilir. Bu qətiyyən o məsələ olan kişilər yox, sadəcə daha cazibədar görünmək istəyənlərə aiddir. Bunlar lazım gələrsə bədənlərindəki tükləri qırxırlar. Nümunə üçün türk müğənnisi Özcan Dəniz
Allah Azərbaycan kişilərini bu bəladan saxlasın. Bir söz var, deyir kişi meymunnan bir balaca fərqləndisə gözəl sayılır
İndi bir şəkil gördüm, yaman gülməli gəldi. Deyəsən bizdə kimsə, bu metroseksuallığa biraz tez başlayıb, bu isə cavabı

Facebookda You Know You’r from Azerbaijan… grupunda mənalı bir iki söz gördüm. İstəyən baxsın, amma ingiliscədi

You know you’re from Azerbaijan when:
- Your shoes and your cell phone cost more than your University education
- In a North American university you brag that “in Azerbaijan we studied this in grade 8!”
- You turn up the TV on maximum volume telling everyone around you to be quite when you hear “Azerbaijan” mentioned somewhere in the news
- In a different country you feel at home when you see people with gold teeth passing by
- You make fun of US/Canadian education system, thinking its way too easy Davamına Bax »
Maraqlıdır. Bir baxın sözlərinə, sonunda musiqisi də var, istəyən yükləsin
Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Odlar yurdul Bu ağ günlər el gücünün bəhrəsidir,
Qahrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nasillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmasdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
MP3 Halında Yüklə
Bu KVN-dən bir parçadır. Amma həqiqətən də asteroid gələrsə bundan fərqli bir şey olacağını düşünmürəm.
İlk baxışdan bu video adama çox gülməli gəlir amma ki diqqətnən baxanda biraz savadsızlığın rüşeymnlərini görürük. Artıq belə şeyləri heçkim tənqid kimi yox, fəxr kimi qəbul edir.
Yüklə
Bir neçə gün bundan əvvəl Vüsal eşşək barədə bir yazı yazmışdı.
Bilmirəm, niyə amma bu Qafqaz millətləri eşəəyə çox yaxın münasibət göstərirlər. Eşşəklə, ən ağla sığmayacaq hərəkətləri bizimkilər ediblər və etməyə davam edəcəklər
Bu dəfəki, cigid isə eşşəynən güləşir. El dilind’ desək eşşəyə bedro atır
Özü də əməlli başlı güləşir
Bir baxın, alınmasa yükləyin. Bu yazını yaza yaza gülməkdən ölürəm ![]()
Bakcell şirkəti Bakının kəlləsinə veb kamera yerləşdirib. Bundan sonra 24 saat Bakıya canlı baxa biləcəyik. :)Adobe Flash playeriniz yoxdursa yükləyin sonra gəlin
Bakcell şirkətinə təşəkkürlər
Mozilla ilə açılmır. Səbəbini bilən varsa desin

Milli qəhrəman Çingiz Mustafayeva aid şəkillər. Şəkilləri Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş bir saytdan götürdüm. Ünvanı chingizmustafayev.com
Amerikada vətən üçün qarnı ağrıya düşmüş bir adam belə unudulmur, gərək bizdə də olardı. Amma heyif ki unutqanıq. Heç olmasa bundan sonra unutmayaq
R. Ocağovun «Özgə ömür» kinofilmi üçün foto sınaq çəkilişi. 1985-ci il
Ardında gördüyünüz və görmədiyiniz şəkillər var.
Qardaşlar, vətənpərvər oğlanlar yeni bir uğurlu proyektə imza atıblar. Mənim kimi, çoxdandır Azərbaycan dilində danışan adam görməyənlər üçün bir hədiyyə hazırlayıblar. Yayım.net vasitəsilə milli kanallara baxa bilərsiniz. Həmçinin radiolara da qulaq asmaq olmur. Bütün kanallar olmasa da, İnşallah gələcəkdə olar.
İndi açdım, bəxtimə Liderdə nəsə bir Hind serialı, AZTV-də ot xokkeyi İctimai TV-də Xatirənin zəngimcell kodlarını deyirlər.
Dəyişən elə güclü şey yoxdu. Amma Vətən həsrətinə dərmandı.
Təsadüfən Vüsalın o məşhur 10 səbəb yazınsını bir də oxumaq qərarına gəldim. Girib nə görsəm yaxşıdır, 119 şərh. Bir blog üçün bu çoxdur. Girdim əyləncə saytlarına baxdım, çətin hallarda o qədər şərh alan mövzu gördüm, baxmayaraq ki, ziyarətçiləri ümumi Azeriblogun sisteminnən 100 qat çoxdu
Birinci dəfə sadə bir blog yazısına bu qədər maraq gördüm.
Sevindirici haldır. Ən əsası odur ki, şərhlərdə gərginlik olmasa da, heç kim heç kimi söymür, alçaltmır və bir söznən “cırnamır”. Halal olsun ordakı hər kesə, hər iki tərzdə düşünənə. Bizə bax belə, mədəni şəkildə diskussiya aparmaq lazımdır.
Sayına baxa bilmirəm, amma o yazıya mən də oxuyucu göndərmişəmsə, halal olsun mənə
PS: mən Vüsalın yazılarını yığıb, bir jurnal çıxardacam, yaxşı qabağa düşərəm ![]()


Tofiy



