Schengen Zonası nə deməkdir?

Schengen şəhərində bağlanmış müqavilə və sonradan bu müqavilənin bütün İttifaqına aid edilməsindən sonra ölkələr arasında sərhəd problemi qalmır. Bu yaxınlarda bizə yad olmayan Polşa, Latviya, Litva, Çexiya kimi ölkələr də bu zonaya daxil oldular. Yəni ölkədən ölkəyə keçərkən heç bir yoxlanışdan keçmək lazım deyil. Başa düşməyənlər, bu şəkilə bir fikir versinlər. Almaniya və Avstriya sərhəddi. Orda da yazılıb ki, Almaniyaya Xoş Gəlifsiz :D ELə bil Nizami Rayonunnan Nərimanova keçirsən :)

Vaxtınız varsa bu yazını oxuyun.

Birgün Türkiyə Sultanı Fateh Sultan Məhmət, ələ keçirdikləri İstanbul şəhərində, əsrarəngiz Aya Sofya kilsəsindən daha böyük bir Məsçid tikərək, İslam Memarı İncəsənətinin gözəlliyini sübut eləmək istəyir. Bunun üçün, Fateh  bir xristian (Roman) memarı işə buyurur.

İşə başlayan memar, qəsdən, Məsçid Aya Sofyadan hündür olmasın deyənə, Misirdən göndərilmiş sütunları qəsdən qısa edir. Bunu görən Fateh məhkəməsiz memarın əllərini kəsir.

Bundan hiddətlənən memar, Sultanı məhkəməyə verir.

Məhkəməni Xızır bəy aparır. Məhkəmə otağına daxil olan kimi, üzünü Fatehə tutub, sən memarının əlini şəriət məhkəməsinin qərarı olmadan kəsmisən. Bunun üçün əvəzində ya sənin də əllərin kəsiləcək, ya da memarı və onun ailəsini ölüncəyə qədər öz qoruman altına alıb onların yaşamlarını təmin etməlisən. Sultan kəsilmiş cəzaya razı olur.

Bu cür ədalətin şahidi olan Memar, ağlayaraq Sultandan üzr istəyir. Bir müddət sonra, bütün ailəsi ilə birlikdə Müsəlmanlığı qəbul edir.

Daha sonra Sultanla Qazı otaqda başbaşa qalırlar.

Sultan Fateh üzünü Qazıya tutub deyir : “Əgər padişahlığımdan qorxub, haqsızca bir qərar verərsəydin, bu qılıncımla başını üzəcəkdim”

Cavabında isə Qazı, masasının altında saxladığı toppuzu göstərib belə deyir, belə buyurur : ” Əgər padişahlığınızdan qürurlanıb, Şəriət məhkəməsinin qərarına əməl etməsəydiniz, bu toppuzda başınızı əzəcəkdim.”

Ümid edirəm ki, bu əhvalat bizə nümunə olar.

Tam olaraq kim olduğunu bilmirəm, amma danışığınnan çox xoşum gəldi. Nihat Gənc adlı bu şəxs çox düzgün danışır. Demokratiyaya marağı olanlar baxsın.

china004.jpg

Bu şəkillərə bir baxın. Sizcə bu yetim əsgər kimdi?

ap_harry4_080303_ssvap_harry12_080228_ssv

ap_harry5_080228_ssh 

Bilmədinizsə deyim, bu İngiltərə Şahzadəsi Harrydir. Əfqanıstanda kişi kimi əsgərlik edir. :D

Az öncə Kosovo öz müstəqilliyini elan etdi. Maraqlıdı görəsən bu müstəqilliyin xeyri görə biləcəklər ya yox.

Amma hər ehtimalda bir millətin öz müstəqilliyinə qovuşmasından gözəl heç nə ola bilməz. Ona görə bütün dünyada yaşayan Kosovoluların ölkəyə axışması başlamışdır. İndi Kosovo üçün çətin günlər başlayacaqdır. ABŞ, onların müstəqilliklərini dəstəkləsə də Rusiya və yaxın Serbiya dəstəkləmir. Onsuz da kasıb hissədir, əsrlərdir zülmlərə məruz qalmış yerdir amma bəlkə müstəqillik onlara firavanlıq gətirdi.

Kosovonu Dağlıq Qarabağ ilə əlaqələndirənlər olsa da məncə əlaqəsi yoxdur. Kosovo tamam başqa əhalinin yaşadığı bir yerdir. Qarabağ isə Azərbaycanın tərkib hissədidir. Məsələ bu qədər sadədir. Amma Erməni diasporası oqədər təsirlidir ki, (və bizim diaspora o qədər zəifdir ki), ermənilər Kosovonun müstəqilliyini elan etməsindən layiqincə istifadə etmək istəyirlər.

Amma təqdim edəcəyim video Kosovolalıların sevincidir. Fikir verin, Kosovo bayraqları ilə birlikdə ABŞ, İttifaqının bayraqları da var :) Türk musiqisinə bənzər müsiqi də maraqlı faktordur.