Dərələrdən Təpələrdən - Google bəlası

Bu google yaman şeydi. Mən mırta uzun müddət olar özümün facebookdakı adını dəyişib Lotu Nurlan eləmişdim.

Üstünnən hardasa 2 il keçib, amma nə qədər eləyirəm adımı dəyişmək fikirləri yoxdu.

Keçən dəfəki kimi, indi yenə də axtarış sözlərinə fikir verdim, gördüm artıq bu ad internetdə məşhurlaşıb, axtarışa Lotu Nurlan yazanlarımız da çıxıb :D

Test üçün bir yoxlayın, ilk gələn 2 səhifə mənə aiddi :D

Bunnan əvvəl keçən dəfə blogumun ekspress hissəninə girilən axtarış kəlamlarnı yazdıq. İndi də qorxqdugum başıma gəldi, indi Bagiranin, Röyanın lüt şəkillərini videolarını axtaranlar bura gəlir :D

Bunnan əlavə romantik şəkillər, milli cinsi əlaqə axtaranlar da gəlir.

Blogçulara məslətim, ziyarətçinizi artırmaq istəyirsinizsə belə sözlərdən istifadə edib bir yazı yazın, qaça qaça gələcək hamı :D

Bu aralar başım qarışıqdı. Bloga yeni yazılar yaza bilmirəm. Daimi oxuyucular varsa, ümid edirəm ki, yoxdur, hamısında üzr istəyirəm. Keçin günahımnan, tələbə adamam.

Nəysə, sözüm onda deyil on birdədi. Bugün təsadüfən dedim bir statistikaya baxım. Axtarış kəlimələrinə fikir verəndə maraqlı gördüm. Amma nəticə belə oldu ki, bizim millət Vətən millət dərdinndən daha çox, Bagira, cinsi əlaqə, sevgi smsləri və s. maraqlandırır. İndi seçdiyim bir iki axtarış sözlərini, yarı gülməli yarı ağlamalı, yerləşidirim baxaq.

maskalar - səhv eləmirəmsə bu blogda əksəriyyət kişidir. Tamamilə yanlış gəlib qardaşımız :)
ariqlamaq - arıqlamaq üçün hərəkət eləmək lazımdı, kompun qabağında oturmaq yoq
azerbaycan porno - ayıb olsun
мехрибан алиева фото - bu da gələcəyini hazırlayır
mona liza - Qardaş burda olsa olsa Mona Rıza olar :D
röyanın şəkilləri - Can ey can, həyatında tək dərdi Röyanı lüt görmək olardan biri də bu
bagira sex - Ondan geri qalmıyan biri
nərd oyunu - Bu kimdisə bizim adamdı, düzgün gəlib. Amma qaqa Əhmədlidə Həşimin çayxanasında ən zor nərd gedir.
зоофилка - insaf!
ayrılıq mesajları - bitişik mesajlarının xeyri olub yəqin indi də ayrılıb mesajı axtarırlar
azərbaycanda sex - söz yoxdu
bagiranin fotolari - telefonunda yəqin 100u var, onlara bax biraz :D
erotic video - standart bir axtarış sözü
lotu hikmət - Buyur qadan alım yerinə gəlmisən :D
romantik sekiller - bir də bu mənasız söz. Axtarış sözlərinin yarısı bu ormantik şəkillərə aiddi.
seksi qizlar - sənə gəlməzlər qaqa
лишение девственности - ağ eləyənlər
секс в мигрантских общагах - sözüm yoxdu :D
сисяндры - nə deyim mən buna
100 человек которые изменили ход истории - biraz geniş düşüncəli insan növü
amma anan bilmesin - bu qədər şey elə, sonra da denən amma anan bilməsin :D

Allah hamımıza səbir versin :D

xebername.jpg

Çoxdandır ki, blogçularımız arasında mərkəzləşdirilmiş blog sistemi haqqında söhbətlər gedir. Bloglarımızda olan maraqlı yazılarımızı daha geniş sferada bölüşməyin vacibiyəti və daha geniş oxucu kütləsinə çatdırılmağından danışırdıq. Fikrimizdə o var idi ki, yazdığımız fikirlər, sərf elədiyimiz vaxt boşa getməsin.

Beləliklə deyim, gözünüz başınız aydın olsun! Xebername.com dadınıza çatacaq :D

Fikir olaraq Digg.com saytına bənzər, lakin tamamilə dilində olan Xebername.com saytı bu gün fəaliyyətə başladı. Elimizonline-nin həyata keçirdiyi uğurlu proyekti dərindən təbrik edirəm. Xebername.com ünvanında fəaliyət göstərən Xəbərnaməmiz bildiklərimizi daha çox insana çatdırmağa yardım edəcək. Onu da qeyd edim ki, bu cür gözəl hazırlanmış və funskional bir saytın internetində tamamilə dilində fəaliyəti məni çox sevindirdi. Sevincimi sizlərlə bölüşür və bir balaca məlumat vermək istəyirəm.

Ümumi sistemin funksiyası belədir ki, hər kimsə öz blogunda yazdığı və yaxud hər hansı bir saytda gördüyü maraqlı xəbər, şəkil, video və s. linkini kopyalayır və mərkəzi sayta yerləşdirir. O sayta heç yolu düşməyən adamlar isə mərkəzi sayt vasitəsilə xəbərin adına baxır və əgər maraq dairəsindədirsə girib onu oxuyur, baxır və xoşuna gələrsə o xəbərə səs verir. Verilən səs o xəbərin reytinqini qaldırır, və digərləri daxil olarkən reytinqi yuxarı olan xəbərləri oxuyan(Hələ biz xüsusən milləti çox reytinq sevənik, bizə bu sistem çoxdan lazım imiş :D ) Sayta daxil olan hərkəs maraqlı oxuya, şərh yaza, özünə saytdaxili dostluqlar qura (social networking) və yaxud ən əsası öz yazını sistemə sala bilər.

Düzdü ingilis dilinin çox böyük effekti var, amma tanış bir oğlanın gündəlik 300 nəfər ziyarətçisi olan blogunun, bir maraqlı yazı yazıb, digg.com-da bölüşməsi ilə bir həftədə 384.000 fərqli ziyarətçi almasının şahidi oldum. Bir ara ingilis dilində blog işinə girmək istədim, amma həm dilinə olan sevgim və belə bir sistemin dilində yaranacağı haqqında fikirlərim məni bu yoldan döndərdi :D Biraz məlumat verim bu barədə.

Hər kəs sistemdən istifadə edə bilər. Amma mən belə desək “öz kruquma” blogçularımıza səslənmək istərdim. Əgər sistemlə ilk tanışlığınızdırsa, bir balaca səbr edin. Sistem çox asand və rahatdır. Deyərdim ana sistem olan Digg-dən qat qat rahat və tezdir. Bir iki dənə sadə addımı bilməyiniz kifayətdir.

Aznetdə(bu terminnən heç xoşum gəlmir) tanıdığım blogçularının hər birini ayrı ayrılıqda nə qədər yaradıcı və zeyni geniş olduqlarını gördüm. Öz yazdıqlarınızı burda da bölüşməyinizi xahiş edərdim. Çünki, ordan burdan oğurlanmış lazımsız mp3, şəkilləri yox, məhz maraqlı və diqqətə layiq mövzuları burda bölüşək. Vüsalın analitik yazılarının, Elvinin internetin dərinliklərindən tapıb çıxartdığı məlumatları, Oxçunun texnoloji analizlərinin, Aygün xanımın və Vüsalın biznes elminə gətirdikləri yeniliklərin daha geniş oxucu kütləsinə çatdırılması və bölüşülməsi vacibdir. Həm blogunuzun reytinqi, həm də Azərbaycanlılarımızın maariflənməsi yönündən. Adını sadalamadıqlarım inciməsinlər, 14 saatdı dərs oxuyuram baş işləmir. :)

Mən bir digg.com istifadəçisi olaraq, sizə bir balaca bu barədə məlumat vermək istərdim.

Deməli sistem belədir.

1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.

2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.

3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.

4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.

Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.

Vətənə Millətə Xeyrili Uğurlu Olsun!

xebername.jpg

yayim.jpg

Qardaşlar, vətənpərvər oğlanlar yeni bir uğurlu proyektə imza atıblar. Mənim kimi, çoxdandır dilində danışan adam görməyənlər üçün bir hədiyyə hazırlayıblar. Yayım.net vasitəsilə milli kanallara baxa bilərsiniz. Həmçinin radiolara da qulaq asmaq olmur. Bütün kanallar olmasa da, İnşallah gələcəkdə olar.

İndi açdım, bəxtimə Liderdə nəsə bir Hind serialı, AZTV-də ot xokkeyi İctimai TV-də Xatirənin zəngimcell kodlarını deyirlər. :) Dəyişən elə güclü şey yoxdu. Amma Vətən həsrətinə dərmandı.

http://yayim.net

Təsadüfən Vüsalın o məşhur 10 səbəb yazınsını bir də oxumaq qərarına gəldim. Girib nə görsəm yaxşıdır, 119 şərh. Bir blog üçün bu çoxdur. Girdim əyləncə saytlarına baxdım, çətin hallarda o qədər şərh alan mövzu gördüm, baxmayaraq ki, ziyarətçiləri ümumi Azeriblogun sisteminnən 100 qat çoxdu :) Birinci dəfə sadə bir blog yazısına bu qədər maraq gördüm.

Sevindirici haldır. Ən əsası odur ki, şərhlərdə gərginlik olmasa da, heç kim heç kimi söymür, alçaltmır və  bir söznən “cırnamır”. Halal olsun ordakı hər kesə, hər iki tərzdə düşünənə. Bizə bax belə, mədəni şəkildə diskussiya aparmaq lazımdır.

Sayına baxa bilmirəm, amma o yazıya mən də oxuyucu göndərmişəmsə, halal olsun mənə :D

PS: mən Vüsalın yazılarını yığıb, bir jurnal çıxardacam, yaxşı qabağa düşərəm :D

Internetdə çoxlu yersiz saytlar var. bunlardan biri də bugün gördüm, Nakhinternet.az saytıdır. Bilmirəm bu saytları kim hazırlayır amma hamsı biabırçılıqdı. Xüsusən dövlət idarələrinin saytları. Bir dəfə açılırlar sonra heç əl də vurmurlar. Hiss olunur bu da onlardan biri olacaq. Şəklin üstündə işləmişəm nəyi var.

nax

cernlogos.gifİnternet bugün çox inkişaf edib. Bilmiyən üçün deyim, ilk internet səhifəsi 1989cu ildə açılıb. Burdan baxın.

Elvin İnternetin tarixini dilinə tərcümə edib. 3 4 saat əziyyət çəksə də yazıb qurtarıb. Məlumatı olmuyan varsa oxusun.

Türkiyə nazirinin facebooku da var imiş :) Litsey uşaqları üçün xüsusi əhəmiyyəti olacaq bunun :)

Türkiyə öz aramızda çox demoratik ölkədir. Bir ölkədə ki, boş boğaz satılmış jurnalistlərin sözləri prezidentdən nazirdən çox keçsin :) Amerikdan qat qat demokratdı o cəhətdən :)

Onr joined the group AKP ye inat sokakta içerim

Fetullah and Papa Benedict are now friends

Biraz gözünüzə əziyyət verin mırt şeylər yazılıb.

7288532_d6b2b6dd1199293332_m

Azərbaycanda yeni göydələnlər hazırlanır. Nəyi var görməyə dəyər göydələnlər.

Amma göydələn  tikilməsi o demək deyil ki, biz də bu binaların hesabına Qərbli olacayıq. Yox heç də elə deyil. Vüsal çox gözəl canlandırıb dünyanın ən zəngin adamı Bill Gates Azərbaycanlı olsaydı nə olardı.

Amma yenə də bu yöndə addımlarını atanlar var. İndi bir link verəcəm onu tez açın və bağlayın, riskə girməyin :) Gördüyünüzü gördünüz. İndi bir də bu şəkilə baxın. Ondan fərqli olaraq bu heç də Avropaya oxşamadı. Bunu düşünən adam başına biraz ağıl yığsın, dövr dəyişir.

Bizdə çox mənasız insanlar da var. Birinin pulu çoxdu gedir özünə maşın alır. Xərcdən keçir üstünə nömrə alır bağlayır bahalı qiymətə. Bəzi ağıllılar isə bunların şəkillərini çəkib internetə qoyub, şərh üstünə şərh yağdırırlar. Eləbil atalarının maşınlarıdı.

Azərbaycanda 10 manata insanlara savad paylayan adamlar olsa da,  öz sevgililərini eksklüziv bir yolla təbrik edən daxildən savadlı və yaradıcı insanlar da mövcuddur:)

Burda yerləşdirdiyim bəzi şeyləri adlı sanlı saytlarımızda gördüm. Xahiş eləyirəm götürəndə müəllif hüquqlarını pozmayın. Materialın mənbəsini göstərin.

Xüsusən də iri həcmli və ziyarətçisi çox olan saytlara aiddir bu. Biraz özünüzə hörmətiniz olsun biraz da mənə. O boyda sayt oğruluqla məşğul olur dedirtməyin özünüzə.