Kurtlar Vadisi-nin sosialisti Muro və kommunist istehsalı maşını Hacı Murat
Qaynaq: kurtlarvadisi.azeriblog.com
Keçən həftə Mayamidə idim. Camaat dənizdə, klubda əylənərkən mən vaxti gələn kimi qaşdım Kurlar Vadisinin yeni seriyasına baxmağa. Amma seriyanın efirə buraxılmağına icazə verməmişdilər. Yəqin keçən seriyada çox “quş” buraxmışdılar. Atatürkü biz görəvləndirdik, gizli atom bombalarının yeri, xalqa yeni lider lazımdı zad söhbətlərinə görə.
Amma sözüm onda deyil, on birdədi
Deyilənə görə, bu seriyalarda Məmati ilə Muro ölməlidir. İnternetdə gəzəndə gördüm, bu ikisinin ölməyinə çox etiraz var. Mən də şəxsən, bu ikisi olmamış Kurtlar Vadisinə baxmayanlar dərnəyinə üzvəm.
Maraqlıdı, sizin də fikrinizi bilmək istəyərdim, sizcə Məmati ilə Muro öləcəkmi? Əgər Məmati serialdan ayrılmaq istəyərsə məncə öləcək. Amma inanmıram ki, rejisor bu addımı atar, çünki Məmati, keçmiş Çakırdan da uğurlu bir roldur. Onsuz Kurtlar Vadisi çox maraqsız olar. Bundan əlavə Muronun “taktik və strajesi”siz də Kurtlar Vadisinin marağı olmaz.
Amma ki, bəlkə də rejisor Poladın Ağsaqqallar tərəfindən seçilməsini nə cür dəhşətli bir şey olmasını, tamaşaçılara ən sevilən rol olan Məmatinin öldürülməsi ilə də göstərə də bilər. 3 gün qalıb, baxaq görək başımıza nə iş gələcək.
Növbəti, 31ci seriya Novruz bayramı şənliklərinə həsr olunub. Fragmanı yerləşdirirəm, fragmanda Məmatinin öldüyü tez tez desələr də, öldüyünü göstərmirlər. Ola bilər aldatmacadır. Bəlkə də, İsgəndər Məmatiyə öldü adı verib biryerdə gizlədər. Amma fragmanda aydın görünür ki, Bulut Yalçın Muronun “taktik ve strajesinə” yenik düşür
Bunları filmdə əjdaha kimi görürük. Amma öyrənəndə ki bunlar da bizim kimi adamdılar ləzzət eləmir
Ardında Polat, Məmati, Abdülheyin mırt şəkilləri var


Tofiy





