Ya mən əvvəllər pessimist idim ya da ki,bu blog dalğası yeni yeni başlayır.
Azərbaycanda gələcək illərdə bir blog rüzgarının olacağı qənaətindəyəm. Uzun müddət Azərbaycandakı bloglarnan maraqlanmamışam, amma indi maraqlanıram görürəm ki, həqiqətən də blogun nə anlama gəldiyini bilən yeni və uzun müddətdir bu barədə işini görən blogçularımız da var imiş.
Ağlımda olan, yazılarını yaxın izlədiyim bir neçə blog haqqında sizə məlumat verəcəyəm. Əgər siz bura təsadüfən əyləncə axtarışında olaraq gəlmisinizsə oxumağınızı heç məsləhət görməzdim. Çünki haqqında danışacağım blogların sizin düşüncə tərziniz ilə heç bir əlaqəsi olmuya bilər
Başlayaq
Reytinqinin əyləncə saytlarımızdan qat qat az olmasına baxmayaraq, oxuduğum sətirlərində bir dənə belə yanlış tapa bilmədiyim Vüsal. Vüsal çox istedadlı şərhçidir. Mənim kimi başdan sovdu eləmir, günlərnən fikirləşdikdən sonra bir qərara gəlib yazısını yazır. Heç bir qrammatik və leksik qüsura yol vermədən fikirlərini çox gözəl ifadə edir. Bu tendensiyanı davam eləsə, Vüsalın bir neçə il sonra Azərbaycanda tanınmış siyasi şərhçi olacağına şübhəm heç yoxdur. Əlbətdə ki, blogun Vüsalın inkişafında xüsusi rolu olacaq.
Oxçu qardaşımızın blogu da ibrətamiz bir blogdur. Həm texniki həm də insani mədəniyyətə aid hər bir şeyin təhlinin çox gözəl təhlil edir Oxçu qardaş. Heç sevmədyim sistem olan DLE-dən istifadə etməsinə baxmayaraq, Oxçu əsil kompüter dahisidir. Mənim də biraz başım çıxır. Blogunun sadə, gözəl və funksionallığına baxan kimi hiss elədim onu. Nə sualınız olsa gedin yanına adımı verin həll edər işinizi
AzNetdə olan və olmayan yeniliklərdən xəbərdar olmaq istəsəniz Oxçuya qonaq gedin.
Biraz öz öncə Elvin öz blogunda məni nəyi var mədh etdi. Əvvəla Elvinə öz təşəkkürüm bildirirəm. Bunda əlavə bu blog işinizə hamınızı dəvət edirəm. Bütün dünyada baş alıb gedən bu blog dalğası birgün Azərbaycana da gəlib çıxmalıdır.
Blogun nə olduğunu bilmiyən varsa, blog əslində gündəlik deməkdir. Köhnə bildiyimiz gündəlik, yəni başınızdan olub keçən maraqlı hadisələri yazdığınız birşey.
Azərbaycan kifayət qədər əyləncə saytı var, heç biri də birindən fərqlənmir. Bütün dünyada olduğu kimi bizdə də individuallaşma gedəcək. Mən hərkəsi özünə bir blog açmağı məsləhət görürəm. Azeriblog, Blogger, Typepad, Wordpress kimi blog sistemləri mövcuddur. Sadəlik və rahatlıq axtaranlar üçün AzeriBlog sistemi ən uyğundur.
Hər kəs özünə bir blog açsa, vaxtaşırı başından keçənləri, insanlar ilə bölüşmək istədiklərini yazsa əla olar. Vaxt keçənnən sonra insanın öz yazdıqlarına baxması kimi maraqlı heçnə ola bilməz. Da bəsdir boş boş eksklüziv, yanlız bizdə və s. ifadələrdən istifadə edən saytlar.
Əgər yazdıqlarınızın oxumamasından şikayət edirsinizsə ona da narahat olmayın. Yerləşdirdiyinizin maraqlı şəkilləri videoları digg.com dan istifadə edərək minlərlə insana göstərə bilərsiniz
Gəlin hərkəs öz sözünü öz dilinnən desin.


Tofiy


