Yavaş yavaş internetdən kadrlar çıxır müharibəyə aid.
Bu da OMON dəstələrinə aid video.
Çoxları, bilmirəm hansı səbəblərə görəsə Qarabağ müharibəsinə həmişə qara yaxmaq istəyirlər. Amma mənim üçün Qarabağ müharibəsini Azərbaycan tarixində ən şanlı lövhələrdən biridir.
Öləcəklərini bilə bilə, könüllü döyüşməyə gedən oğullar hamsı vətən üçün şəhid oldular. Onları məcbur edən yox idi, hər bir vətəni erməniyə verməmək üçün canlarını qoydular. Can qoymaq, elə də asand şey deyil. Neçə illərdir, müharibədən uzaq qalmışıq, bizimkilər də müharibənin nə olduğunu unudublar.
İnternetdən təsdadüfən bir video tapdım, orda gedən söhbətlər, öldürülüb yerlərə salınmış erməni meyidlərindən, bir daha başa düşdüm ki, Azərbaycan xalqı istəsə bir yumruq halında birləşə bilər. Bu videodar ikı batalyon, Gəncə batolyonudu. Sözümün canı, bir vaxt tək Azərbaycan var idi. Bu gün isə yanlız pul var.
Azərbaycan bugünkü kimi, 30% inkişaf ilə yox, oğulları vətən üçün can qoyanda daha güclü idi.
PS: Yeni Ermənistan prezidenti konkret söz dedi ki, Qarabağı yaddan çıxardın. Müdafiə və Xarici İşlər nazirini də dəyişdi. Bir 10 il də belə getdi.
Buyurun siz də baxın.
Milli qəhrəman Çingiz Mustafayeva aid şəkillər. Şəkilləri Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş bir saytdan götürdüm. Ünvanı chingizmustafayev.com
Amerikada vətən üçün qarnı ağrıya düşmüş bir adam belə unudulmur, gərək bizdə də olardı. Amma heyif ki unutqanıq. Heç olmasa bundan sonra unutmayaq
R. Ocağovun «Özgə ömür» kinofilmi üçün foto sınaq çəkilişi. 1985-ci il
Ardında gördüyünüz və görmədiyiniz şəkillər var.
Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)
Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)
İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki)
Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı)
Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü, Qobustan) ağır yaralanıb.
Müdafiə nazirliyi şəhidləri öldükdən sonra medalla mükafatlandırdı.
Rəsmi mənbələr qəribə rəqəmlər verir. Biri deyir səkkiz nəfər şəhid olub, biri deyir 4, tam bir siyahı tapa bilmədim.
Amma fikir verirsinizsə, əsgərlərimiz hamsı 88-ci il təvəllüdlərdi. Mənə maraqlıdı, 88 təvəllüdlü adam, hələ həyata yeni yeni gözlərini açır. Yeni yeni olub bitənləri dərk etmək istəyir. Bu yaşda uşaqları cəbhədə ən ön xəttə qoymaq kimin fikridir. Bu yolla, kim erməniyə qalib gəlmək haqqında düşünür görəsən. Belə absurdcasına müharibəyə hazırlaşan millət müharibəyə yönəlik bəyanat verəndə qıdığım gəlir. Adi kişiliklərinə şübhə ilə yanaşdığımız Hollandiya, əsgərlərini döyüş yerinə göndərməmiş, minbir cür məşqdən keçirdirlər, bütün növ texnikaları öyrədib sonra göndərirlər.
Bizdə isə, nəysə…
Heyf o cavanlardan…
Allah Rəhmət Eləsin.
Digər Saytlar bloglar artıq yerləşdiriblər Xocalıya aid şəkilləri. Mən internetdə nisbətən az yayılmışları bölüşmək istədim. Şəkillər ümumilikdə Qarabağ müharibəsinə aiddi
Unutqan Millətin axırı yaxşı olmur. Unutmayın. Bir neçə şəkil yerləşdirirəm. Daha çox burdan baxın. Şəkillər Eylence.az-dan alınıb.


Tofiy




