Səhv eləmirəmsə bu Şimalı İraqa atılan son bombadı


Normalda bloglar arası atışma deyilən birşey mövcuddur. Yəni bir blogger bir şey yazır, digəri onun yazısına öz blgounda bir yazı yazaraq, trackback, ping göndərərək cavablayır. Birinci yazarın yazısının altında düşür ki, kimsə bu yazıya cavab verir. Vördpress blogları arasında bunu etmək mümkündür, amma heyif ki fərqli blog sistemlərində bəzən alınmır.
İndi mən burda Vüsalın yazısına cavab verəcəm. Birinci şərh yazım, sonra dedim qoy biraz geniş yazım. Maraqlı olduğundan siz də oxusanız pis olmaz.
Deməli, Vüsal bu yazısında deyir ki, Türkiyə İraqdan çıxmaqla göstərdi ki, Türkiyə azad siyasət yürüdən ölkə deyil, dolayısıyla da müstəqil deyil.
İndi məsələyə Vüsal biraz çox belə baxdı. Əvvələ dünyada tam azad ölkə məncə yoxdur, çünki dünyada hər bir ölkənin bir birinə işi düşür, elə Amerikanın da İrana, Rusiyaya düşdüyü kimi.
Türkiyə İraqa girdikdən sonra, dünyada neft qiymətləri şiddətlə rekord həddə çatdı. Amerika iqtisadiyyatı bundan çox təsirləndi. Uzun illər sonra, iqtisadçılar Amerika iqtisadiyyatının tənəzzülə keçdiyi haqqında debatlar başladı. Öz təcrübəmnən deyim, CNN, CBS susmur bu barədə. Seçki qabağı Buş demokratların hücumuna məruz qaldı. Son variant isə Türkiyədən xahiş etdi, Türkiyə də İraqdan çıxdı.
Amma İraqa, atılan son bombanın üstünə, “yenə gələcəyik ” bir yazı da həkk olunmuşdur. Türkiyə, bəlkə də özü qəsdən tamamən bütün PKKların sonuna çıxmadı. Çünki, məhz bu yolla Türkiyə həmişə bir ayağının İraqda olacağının mesajını verir. Hər an hər saniyə Türkiyə İraqa girə və əməlyatını davam etdirə bilər.
Türkiyənin xata bəlasız, İraq xalqına ziyan vermədən öz əməlyatını keçirib geri qayıtması, çox nəhəng ölkələrin bacara bilməyi alqışa layiq haldır. Kim nə deyir desin, Türkiyə bu oyunnan qalib kimi ayrıldı. Həm gücünün olduğunu, istədiyi an İraqın daxilinə müdaxilə edəcəyini göstərdi həm də ki İraq xalqına Türkiyənin işğalçı dövlət olmadığını göstərdi.
Düşünmürəm ki, Türkiyə İraqın şimalını işğal edib, öz başına problem açsın. Sadəcə Türkiyəyə regional layihələrə başçılıq bəs edər. Türkiyə iraqı hərbi yox, iqtisadı cəhətdən onsuz da öz idarəsində saxlayır. İraqın, suyu, yeməyi, işığı hamsı Türkiyədən gedir. Bütün tikinti işlərini Türk kompaniyaları aparırlar. İraqın neft kəmərləri Türkiyə ərazisinnən keçir. Türkiyənin İraqla böyük həcmli ticarəti mövcuddur. Türkiyə bunları heçvaxt korlamaq istəməz.
Bunu Türkiyənin siyasətinin zəifliyi əlaqələndirmək olmaz.
Türkiyə 5 min əsgərnən İraqa girdi. Bu dəfə bir günlük əməlyat yox, uzun muddətli giriş olacaq. Barzani deyənnən sonra ki, Türklər İraqa girsə onlara lazimi cavabı verərik, Türk ordusu bunnan yaman qəzəbləndi, girdi dili uzunların dilini kəsməyə. Normal özünə hörmət edən millət belə olmalıdır.


Tofiy



