Yavaş yavaş internetdən kadrlar çıxır müharibəyə aid.
Bu da OMON dəstələrinə aid video.
Çoxları, bilmirəm hansı səbəblərə görəsə Qarabağ müharibəsinə həmişə qara yaxmaq istəyirlər. Amma mənim üçün Qarabağ müharibəsini Azərbaycan tarixində ən şanlı lövhələrdən biridir.
Öləcəklərini bilə bilə, könüllü döyüşməyə gedən oğullar hamsı vətən üçün şəhid oldular. Onları məcbur edən yox idi, hər bir vətəni erməniyə verməmək üçün canlarını qoydular. Can qoymaq, elə də asand şey deyil. Neçə illərdir, müharibədən uzaq qalmışıq, bizimkilər də müharibənin nə olduğunu unudublar.
İnternetdən təsdadüfən bir video tapdım, orda gedən söhbətlər, öldürülüb yerlərə salınmış erməni meyidlərindən, bir daha başa düşdüm ki, Azərbaycan xalqı istəsə bir yumruq halında birləşə bilər. Bu videodar ikı batalyon, Gəncə batolyonudu. Sözümün canı, bir vaxt tək Azərbaycan var idi. Bu gün isə yanlız pul var.
Azərbaycan bugünkü kimi, 30% inkişaf ilə yox, oğulları vətən üçün can qoyanda daha güclü idi.
PS: Yeni Ermənistan prezidenti konkret söz dedi ki, Qarabağı yaddan çıxardın. Müdafiə və Xarici İşlər nazirini də dəyişdi. Bir 10 il də belə getdi.
Buyurun siz də baxın.
Milli qəhrəman Çingiz Mustafayeva aid şəkillər. Şəkilləri Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş bir saytdan götürdüm. Ünvanı chingizmustafayev.com
Amerikada vətən üçün qarnı ağrıya düşmüş bir adam belə unudulmur, gərək bizdə də olardı. Amma heyif ki unutqanıq. Heç olmasa bundan sonra unutmayaq
R. Ocağovun «Özgə ömür» kinofilmi üçün foto sınaq çəkilişi. 1985-ci il
Ardında gördüyünüz və görmədiyiniz şəkillər var.
Deyir bir pulun, bir də imanın kimdə olduğu bilinməz. Buna bir də vətən sevgisini əlavə edək.
Təsadüfən enter.az saytında gördüm bir mövzu var, girdim gördüm hamı Nadir Qafarzadəni söyür. Mənim də xoşum gəlmir dedim açım baxım, mən də söyüm.
Amma gözlədiyimi əksinə Nadirə eşq olsun deyirəm. Efirdə süni vətənpərvərlik edənlərin, Xocalıya “matəm tutanların” sözünü kəsdi, və açıq aşkar kişi kimi dedi, dünən 3 Şəhid vermişik, niyə susursunuz.
Verlişin hamsına görməmişəm, amma yaxşı bir söz işlətdi ki, az qeyrətdən danışın, bizim qeyrətimiz Qarabağ alınanda getdi. Nadiri mən bir nakişi kimi tanıyıram amma ki, bu efirdə baş verən süniliklərə etiraz eləməsini alqışlayıram. Nisə Qasımova deyir, indi mən onlara görə yas tutmalıyam. Sovet vaxtında altında yatmadığı adam qalmayıb, indi danışmağına bax. Heyf sənnən Azərbaycan…
Enter.az
Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala)
Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki)
İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki)
Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı)
Alcanov Rövşən Xəzər oğlu (1988-ci il təvəllüdlü, Qobustan) ağır yaralanıb.
Müdafiə nazirliyi şəhidləri öldükdən sonra medalla mükafatlandırdı.
Rəsmi mənbələr qəribə rəqəmlər verir. Biri deyir səkkiz nəfər şəhid olub, biri deyir 4, tam bir siyahı tapa bilmədim.
Amma fikir verirsinizsə, əsgərlərimiz hamsı 88-ci il təvəllüdlərdi. Mənə maraqlıdı, 88 təvəllüdlü adam, hələ həyata yeni yeni gözlərini açır. Yeni yeni olub bitənləri dərk etmək istəyir. Bu yaşda uşaqları cəbhədə ən ön xəttə qoymaq kimin fikridir. Bu yolla, kim erməniyə qalib gəlmək haqqında düşünür görəsən. Belə absurdcasına müharibəyə hazırlaşan millət müharibəyə yönəlik bəyanat verəndə qıdığım gəlir. Adi kişiliklərinə şübhə ilə yanaşdığımız Hollandiya, əsgərlərini döyüş yerinə göndərməmiş, minbir cür məşqdən keçirdirlər, bütün növ texnikaları öyrədib sonra göndərirlər.
Bizdə isə, nəysə…
Heyf o cavanlardan…
Allah Rəhmət Eləsin.
Bugün internet səhifələrini bir bir gəzirəm atəşkəsin pozulmasına dair xəbərlərin ardı arası kəsilmir. Bizimkilər deyir onlar pozdular, onlar deyirlər bizimkilər pozub. Artıq neçənci dəfədi təkrarlanır bu ssenariya.
Azadlıq Radiosu : Atəşkəs pozuldu, ölən və yaralananlar var
BBC Azəri: Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər
Day.az: Азербайджанская армия уничтожила 12 армянских солдат и ранила 15. Бой Продолжается
Mediaforum.az : ERMƏNİSTANDAN XƏBƏR GƏLDİ: ATƏŞ DAYANIB. SEYRAN OHANYANLA NƏCMƏDDİN SADIQOV TELEFONLA DANIŞIB
ANS: Ölən hərbçilərimizin sayı dördə çatıb.
Başlıqlara fikir verin, hər kəs atəşin tez bir şəkildə durmasının dərdini çəkir. Biri deyir ermənilər seçkilərdən diqqəti yayındırmaq istəyir, biri deyir Nabucco danışıqlarından dolayı atəşkəsi pozurlar. Bəlkə də düzdü, söz demirəm.
Amma biz nəvaxtdan belə soyuqqanlı millət olduq? Media orqanları itki verdiyimizi elə yazırlar ki, elə bil orda şəhid olan oğlanların ailələri yoxdu. Onların cəsədinin üstündə ağlayacaq ana bacıları yoxdur?
Bircə söz yazırlar ki, itki verdik. Şəhid sözünnən istifadə eləmək heç kimin ağlında və qeyrətinə gəlmir.
Türkiyədə bir əsgər belə öləndə bütün media orqanları o əsgər haqqında yazır, ona aid şəkilləri, videoları, xatirələri analarının ah naləsini xalqa çatdırır, və nəticədə onun bir şəhid pilləsinə yüksəldiyini vurğulayırlar. Bəs biz niyə eləmirik bunu? Artıq neçənci dəfədir yazırlar bir nəfər öldü getdi, işimizə davam.
Bunun axırı yoxdur, heyf o Şəhidlərdən… Tökülən bir damcı qanının qədrini bilməyən millət heç vaxt nəyəsə qadir olmaz.
Digər Saytlar bloglar artıq yerləşdiriblər Xocalıya aid şəkilləri. Mən internetdə nisbətən az yayılmışları bölüşmək istədim. Şəkillər ümumilikdə Qarabağ müharibəsinə aiddi
Unutqan Millətin axırı yaxşı olmur. Unutmayın. Bir neçə şəkil yerləşdirirəm. Daha çox burdan baxın. Şəkillər Eylence.az-dan alınıb.
Bu kadrları çəkən Çingiz Mustafayev sağ qalsaydı, bugünkü Azərbaycanlıların bu cür soyuqqanlılığının şahidi olub fikir şəhidi olardı.
Deyirəm Azərbaycanda hər şey qəribədir. Ayın 25nə qədər hərşey qaydasındadı. 25i gecə hər kəs yatmağa hazırlaşarkən, deyir sabah faciə günüdü. 1 gün davam edəcək, sonra yenə işə gücə davam.
Bu gedişatın bir sonun olduğuna inanmayın. İldə bir gün Xocalını yad eləməklə düzələn iş deyil. İnternetdə ən çox ziyarət edilən Azərbaycan saytı Day.az ilboyu Röyanın, Bagiranın lüt şəkillərini qoyur (heç olmasa adama oxşaylara dərd yarı), nəbilim Ədalət Şükürovun Kubada istirahətini göstərir amma Xocalıya aid bir dənə normal fotosessiya hazırlaya bilmir. 100 illərdir eşitdiyimiz sözləri yığıb yenidən bir məqalə hazırlayıb qoyublar ora. Əgər yaxşı hazırlanmış yazı oxumaq istəsəniz Azadlıq radiosunun oxuduğu məqaləni oxuyun.
Bizim millət həddindən artıq unutqan milətdir. Hamımız bilirik Xocalı faciəsi zamanı Azərbaycanlılara verilən işkəncələri. Qadınları, qocaları, uşaqları hamsına bir bir işkəncə verə verə öldürüblər. İndi necə olur ki, biz ermənilərnən bir stola oturmağa hazırlaşırıq?
Mənə həmişə gülməli gələn bizimkilərin erməni görən zaman yuxarıdan getməsidir. Nəbilim biz büdcəmiz ermənilərin büdcəsinin 100 qatıdı, nəbilim bizdə adambaşına bu qədər S class Mersedes düşür amma ermənilərdə bu yoxdur…
Adama deyərlər, ay yazıq nə danışırsan sən, küçə dilində desək nə "yaxırsan"? Ermənilərin sənə elədikləri göz qabağındadır. Gəldilər, öldürə bildiklərin öldürdülər, əsir ala bildiklərini əsir aldılar, torpağın 20%ni işğal etdilər, 15 ildi əllərində saxlayırlar və daha nələr. İndi bizim burda gen bol danışmağımızın heç bir mənası yoxdur.
və yaxud yüksək erməni ağlı
Bügun Vüsalın bir yazısını oxudum. Qarabağ işində ermənilər yaman karlı çıxacaqlar.
Qarabağ sülh yolu ilə alınması bizə müharibə yolu ilə alınmasından daha baha başa gələcək. Vüsal hər şeyi çox gözəl təhlil eləyib axırda bizim işimizə yaramayan paradoksal bir nəticəyə gəlib.
10 dəyqə vaxtınız varsa Vüsalın bu yazısını oxuyun.


Tofiy






