Vüsalın Soyıqırımın Yanlış Formulu adlı yazısına şərhimi bu yazı ilə bildirmək istədim.
Vüsal öz yazısında Azərbaycanlılara qarşı soyqırımların niyə beynəlxalq aləmdə tanınmadığınə incələyib. Vüsal bunu sadəcə bir 31 mart soyqırımı yox, məhz 20ci əsrdə Ermənilər tərəfindən Azərbaycanlılara qarşı həyata keçirlimiş soyqırımlar silsiləsini bir parçası hesab edir.
Sitat: 20-ci əsrdə Azərbaycanlıların Soyqırımı PROSESİ OLUB. Bu, bir əsr boyunca uzanan düşünülmüş bir prosesdir. Bura daxildir:
1) 1905-ci ilin qanlı hadisələri,
2) 1918-ci il qırğını,
3) 1930-cu illərin repressiyası,
4) 1947-1953-ci illərin deportasiyası,
5) 1988-1990-ci illərin deportasiyası;
6) 1990-94-cü illərin Qarabağ savaşı;
7) Bu savaşın bir detalı kimi Xocalı qətliamı.
Vüsalın da dediyi kimi, hər ay yeni bir soyqırım adı ilə, BMT-nin və bənzər təşkilatların üstünə getməyin heç bir mənası yoxdur. Bu yeddi fərqli tarixdə baş vermiş hadisələri bir başlıq altında birləşdirmək zamanıdır. Bizim media və siyasətçilərimizin verdiyi süni bəyanatlarlar ola biləcək bir şey deyil. Onun üçün məncə üç hissəli bir addım atmaq lazımdır.
Bu kadrları çəkən Çingiz Mustafayev sağ qalsaydı, bugünkü Azərbaycanlıların bu cür soyuqqanlılığının şahidi olub fikir şəhidi olardı.
Deyirəm Azərbaycanda hər şey qəribədir. Ayın 25nə qədər hərşey qaydasındadı. 25i gecə hər kəs yatmağa hazırlaşarkən, deyir sabah faciə günüdü. 1 gün davam edəcək, sonra yenə işə gücə davam.
Bu gedişatın bir sonun olduğuna inanmayın. İldə bir gün Xocalını yad eləməklə düzələn iş deyil. İnternetdə ən çox ziyarət edilən Azərbaycan saytı Day.az ilboyu Röyanın, Bagiranın lüt şəkillərini qoyur (heç olmasa adama oxşaylara dərd yarı), nəbilim Ədalət Şükürovun Kubada istirahətini göstərir amma Xocalıya aid bir dənə normal fotosessiya hazırlaya bilmir. 100 illərdir eşitdiyimiz sözləri yığıb yenidən bir məqalə hazırlayıb qoyublar ora. Əgər yaxşı hazırlanmış yazı oxumaq istəsəniz Azadlıq radiosunun oxuduğu məqaləni oxuyun.
Bizim millət həddindən artıq unutqan milətdir. Hamımız bilirik Xocalı faciəsi zamanı Azərbaycanlılara verilən işkəncələri. Qadınları, qocaları, uşaqları hamsına bir bir işkəncə verə verə öldürüblər. İndi necə olur ki, biz ermənilərnən bir stola oturmağa hazırlaşırıq?
Mənə həmişə gülməli gələn bizimkilərin erməni görən zaman yuxarıdan getməsidir. Nəbilim biz büdcəmiz ermənilərin büdcəsinin 100 qatıdı, nəbilim bizdə adambaşına bu qədər S class Mersedes düşür amma ermənilərdə bu yoxdur…
Adama deyərlər, ay yazıq nə danışırsan sən, küçə dilində desək nə "yaxırsan"? Ermənilərin sənə elədikləri göz qabağındadır. Gəldilər, öldürə bildiklərin öldürdülər, əsir ala bildiklərini əsir aldılar, torpağın 20%ni işğal etdilər, 15 ildi əllərində saxlayırlar və daha nələr. İndi bizim burda gen bol danışmağımızın heç bir mənası yoxdur.


Tofiy

