Vüsalın yeni yazısı

Vüsal yenə yaradıb. On maddə ilə ının ən zəhləm getdiyi xasiyyətlərini yazıb.

Yazını oxumağa başlayanda tərəddüdüm var idi, görəsən Vüsal hansı maddələri yazıb. Oxumağa başlayandan sonra birinci maddədən onuncuya qədər nöqtə vergülü ilə də razılaşdım. Həqiqətən də, ını geriyə salan əlamətləri tam sadalayıb. Mən də bu əlamətləri bilib dərk etsəm, heç vaxt sözlə ifadə edə bilmirdim. Hələ Vüsal kimi ədəbi axıcılığı bacarmazdım.

Öz millətimizi dərk etmək istəyən oxusun bu yazını.

Mən də bura 11ci maddəni əlavə edərdim. Vüsal nə qədər qərərsiz təhlil eləsə də ımı, biz ın bir axmaq xüsusiyyəti odur ki,  heç kim Vüsalın sadaladığı bu maddələrnən razılaşmaz. Çünki, onları Vüsal sadalayır. Hələ həyatda tanımayan adam üçün, Vüsal Azeriblogun sadə bir blogçusudu. Amma eyni yazını Vüsal Day.az kimi bir yerdə yayınlasaydı, o zaman yazı ölkədə hay küy qopardı. Səbəbi isə bir dənədir, bizim millət şöhrətpərəstdir. Bizim millət azad sözünü ifadə edən insana yox, standartlaşmış, çürümüş sözlərdən istifadə edənlərə dəyər verir. Heç kim, özündən daha ağıllı və düşüncəli bir adamı görməyə dayana bilmir.

Mənim kimi, uzağı 50 adam girib, Vüsalın yazısını oxuyub ordan nəsə ibrət götürəcək, amma qalanı isə bu yazının tənqidi başladığını görüb, ağzını büzüb qaçacaq əyləncə saytları, və yaxud “köklü”  informasiya agentliklərindəki əssassız iddialı, heç bir şeyə yararı olmayan, sadəcə vərəqlər dolsun deyənə yazılan yazıları oxumağa.

Elə düşünməyin ki, onlar sadəcə xoşlamırlar bu tip yazıları oxumağı. Yox, onlar Vüsal kimi geniş düşüncəli adamları qısqanırlar, Vüsalın yazdığı sətirləri oxuduqca, nə qədər geridə qaldıqlarını, özləri də bilmədən bu sistemin bir kuklası olduqlarını başa düşürlər.

Mən bu gün girib burda, fikirlərimi yazıram, bir iki çaqqal girib yazdığım fikirlərə söyüşnən cavab verir, güya mən özümü ağıllı bilirəm ya nə. Bir cəmiyyət bu qədər azad fikirdən uzaq qala bilər. Mən yanlış deyirəmsə, sənin də sözün var, gəl adam balası kimi şərhini yaz, müzakirəmizi edək. Amerikada seçki kompaniyası zamanı Mayk Hakabe ilə Mak Keyn birbirini yedilər rəsmən. Amma Mayk Hakabe yenildiyini anladı, və öz səs verənlərindən səslərini Mak Keynə verməklərini istədi. ına bu cür mübarizə mədəniyyətinin gəlməsinə əsrlər var.

Avropa mədəniyyəti deyir gedir hamı. Mən özüm burda oxuyuram, bir dənə binamus dərsə təzə paltarlarını geyinib gəlmir. Hamsı bədən və sifət quruluşu ilə bizdən minqat qəşəngdilər. Amma ki, dərsə gələndə kiminsə bahalı paltar geyindiyini belə görmədim.  Adamın baxmaqdan doymadığı qızların, mən bir semestr ərzində cəmi 3 4 dənə fərqli geyimdə dərsə gəldiyinin şahidi olmuşam. O yanlız bizik, içi boş, amma kənardan elə göstərmək istəyirik ki, eləbil dünya bizim əlimizdədir.

Hamı özünü ağılıı bilir. Vüsal da bunu bir maddəynən yaxşı yazıb.

Özünü savadlı göstərməkdən ötrü ürəyin getdiyi halda, gerçək savaddan qaçdığın üçün….

Yazını oxumağı məsləhət görürəm.